"Barselona" "Roma"nın planlarını pozdu

25-07-2018, 15:03 151 dəfə baxılıb

"Barselona" "Roma"nın planlarını pozdu

"Bordeux"un futbolçusu Malkomun "Roma"ya keçidini problemə dönüb.

"Roma" transferlə bağlı danışıqların başa çatdığını, futbolçuya görə 32 milyon avro (əlavə 4 milyon bonus) ödəyəcəyini açıqlamışdı. Lakin "Barselona"nın müdaxiləsi bu əməliyyatı dayandırıb." Kataloniya" klubu Malkom üçün 41 milyon avro təklif edib.

"Hər şey başa çatmışdı. Biz "Roma" şəhərinə uçmağa hazırlaşdıq. Son anda "Bordeux" əməliyyatın dayandırıldığını bildirdi. Yəqin ki, yaxın günlərdə bu məsələyə aydınlıq gələcək", - futbolçunun agenti bildirib.

Xatırladaq ki, "Barselona" 29 yaşlı Villianın transferi üçün "Çelsi" ilə danışıqlar aparırdı. "Zadəganlar"ın 70 milyon avro tələb etməsi katalonların Malkom variantına əl atmasına səbəb olub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR