Mourinyo yenidən “İnter”ə rəhbərlik edə bilər

8-02-2019, 13:18 434 dəfə baxılıb

Mourinyo yenidən “İnter”ə rəhbərlik edə bilər


57 yaşlı mütəxəssis bu gün Cüzeppe Marotta ilə görüşəcək.

İngiltərənin "Mançester Yunayted" klubunun sabiq baş məşqçisi Joze Mourinyo yenidən İtaliya "İnter"inə rəhbərlik edə bilər.

"TeleLombardia" xəbər verir ki, 57 yaşlı mütəxəssis bu gün Milan təmsilçisinin baş direktoru Cüzeppe Marotta ilə görüşəcək.

İtaliya klubunun rəhbərliyi növbəti mövsümdən baş məşqçi vəzifəsinə Mourinyonun namizdəliyini nəzərdən keçirəcək.

Daha öncə "İnter"in Antonio Konte ilə danışıqlar apardığı yazılsa da, italiyalı mütəxəssis bu söz-söhbətləri təkzib edib.

Qeyd edək ki, Joze Mourinyo "İnter"in baş məşqçi postunda 2008 - 2010-cu illərdə çalışıb. Komanda onun rəhbərliyi altında ilk mövsümdə İtaliya çempionu olub. O, həmçinin 2010-cu ildə Milan təmsilçisi ilə UEFA Çempionlar Liqasını da qazanıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR