“TEXNOLOJİ RƏQABƏT” – “Huawei” casusluqla məşğul olurmu?

29-05-2019, 10:51 336 dəfə baxılıb

“TEXNOLOJİ RƏQABƏT” – “Huawei” casusluqla məşğul olurmu?

Rəqəmsal dünya yüksək texnologiyasız ötüşə bilməz. İndi yeni aparat və proqram təminatı olmayan ən yaxşı smartfon bazarda satılmayan məhsula çevriləcək. Elə hazırda Çinin “Huawei” şirkətini bu gözləyir. Çünki ABŞ sanksiyaları üzündən “Huawei”-nin gələcək modelləri “Google” xidməti ilə təchiz edilməyəcək. Bunadan başqa “Huawei” ABŞ-dan mikrosxem yaddaşı alınmasında xeyli çətinliklər çəkəcək.

Rəqəmsal analitik mərkəz – “Yeni məsuliyyət fondu”-nun aparıcı mütəxəssisi Yan Peter Klyanxansla müsahibəni təqdim edirik:

- Cənab Klyanxans, necə başa düşmək olar, ”Huawei” şirkətini hansı təhlükə gözləyir? Texniki nöqteyi-nəzərdən Çin konsernini “acından” məhv eməyə hazırlaşılırar?

– Belə də demək olar, hər şey ABŞ administrasiyasının qərarında izah olunur. ABŞ bildirir ki, “Huawei” və ona bağlı olan 68 şirkət milli təhlükəsizlik üçün təhdiddir. Bu o deməkdir ki, indi Amerika şirkətlərinin “Huawei” ilə hər hansı iş aparması hədsiz müşkül olacaq. “Google” ABŞ administrasiyasının tələblərini yerinə yetirir və buna müvafiq olaraq da, “Huawei” ilə işgüzar münasibətlərə praktik son qoyub.
Siz düzgün qeyd etdiniz ki, mövcud telefonlara bu yalnız nisbətən təsir edəcək, çünki “Google” aydın ifadə edib ki, hazırda istifadədə olan “Huawei” telefonları təhlükəsiz yenilənmələrlə və “Google App Store”-a girişlə təchiz olunacaqlar. Ancaq problem gələcək aparatlar üçün olacaq, ona görə ki, bundan sonra “Google”-un “Huawei”-yə lisenziya vermək hüququ yoxdur.
Reallıqda bu o deməkdir ki, “Huawei” irəlidə də innovasiyalı telefonlar buraxacaq, lakin onların proqram təminatı “Google”-un tam zərf servisi ilə təchiz edilməyəcək. Yəni orada “You Tube” olmayacaq, ”App Stop” yenilənməyəcək.

- Google şirkətinin bu reaksiyası, onun Vaşinqton qarşısında boyun əyməsidir?

– Mən deyərdim ki, bu anlaşılan reaksiyadır və düşünürəm ki, tənqidə daha çox ABŞ administrasiyası layiqdir. Onlar “Huawei” şirkətinə 90 günlük müvəqqəti əməkdaşlıq lisenziyası verib. Yəni, keçən həftə qərar çıxardılar ki, ”Huawei” milli təhlükəsizliyə təhddidir, lakin sonra fikirləşdilər və qərara aldılar ki, hər halda “Huawei” ilə irəlidə də işləmək olar. Bu məndə ikili təəssürat yaradır və hesab edirəm ki, buna ABŞ və Çin arasında gedən ticarət müharibəsi kontekstindən baxmaq lazımdır.
Düşünürəm ki, ilk planda “Huawei” şirkətinin milli təhlükəsizliyə təhdid ola biləcək informasiya və texniki təhlükəsizlik yox, ABŞ administrasiyasının “Huawei” vasitəsiylə Çinlə ticarət müharibəsindəki təzyiqini ört-basdır etməsi dayanır.

- Axı casusluqda ittiham edilmə də var və deyilir ki, ”Huawei” Pekin hökumətinin tapşırığıyla casusluqla məşğul ola bilər. Bu ittihamlar sübut olunmayıb. Sanksiyalar hədsiz sərt deyilmi? Ümumi yekunda belə nəhəng konsern diz üstə çökdürülə bilər. Və ya bu qəsdən edilir və məqsəd rəqibdən yaxa qurtarmaqdır?

– Düşünürəm ki, sonuncu işin məğzini dəqiq əks etdirir. Bu çox yaxşı görünür. Bir neçə həftə bundan öncə ABŞ müdafiə naziri özünün innovasiya şurasının “5G” innovasiyası ilə əlaqədar hesabatını dərc edib. Həmin hesabatda aydın deyilir ki, söhbət təkcə informasiya təhlükəsizliyindən və casusluqdan yox, texnoloji üstünükdən gedir.
Son illərdə biz ABŞ-ın informasiya texnologiyaları və mobil rabitənin “4G” nəslində lider olmasına vərdiş etmişik. Amma indi bazarda yeni nəsil “5G” texnologiyalı rəqabət qabiliyyətli innovasiyalar ortalığa qoyan “Huawei” və ya “ZTE” kimi çinli oyunçular da peyda olublar.
ABŞ Çinlə apardığı ticarət müharibəsində “Huawei”-yə qarşı təzyiqi, doğrudan da ideal vasitədir. Çünki Çin sənayesi Amerika informasiya şirkətlərindən və yarımkeçirici texnologiyalarından güclü surətdə asılıdır.

- Amma digər tərəfdən Çin indi öz yaddaş mikrosxemlərini buraxır. Onların öz proqram təminatları var. ”Huawei” hansısa ehtiyat strategiyasından istifadə edə bilməzmi?

– ABŞ administrasiyasının indiki tədbirləri Çinin strateji avtonomiya yaratmaq və gələcəkdə özünün güclü prosessorlar və yaddaş mikrosxemləri istehsal etməsi üçün informasiya texnologiyasına daha çox pul və resurs yatırmaq arzusunu möhkəmləndirir. Lakin hələlik Çin bunu edə bilmir. Ekspertlər bildirirlər ki, bəzi yarımkeçiricilər sahəsində Çin ABŞ-dan iki və ya üç nəsil geridədir. Buna baxmayaraq, ABŞ-ın gördüyü tədbirlər Çini məcbur edəcək ki, bu sahədəki geriliyi aradan qaldırsın.

- Digər tərəfdən deyilə bilər ki, mobil telefonlar və ya smartfonlar “Google” xidməti olmadan yəqin ki, Çin bazarından başqa, əksər alıcılar üçün öz cazibədarlığını itirər…

– Əlbəttə! Keşmişdə əksər kontragentlər -“Amozon”, ”Microsoft”, ”MyGo” və digərləri öz əməliyyat sistemlərini işləyib hazırlamağa cəhd ediblər. Lakin bunu etmək onlara müyəssər olmayıb. Çünki “Google” və “Apple” istisna dərəcədə möhtəşəm sistemlər yaradıblar və bu səviyyəyə gəlib çıxmaq elə də asan deyil.

- Amerika administrasiyasının “Huawei” şirkətinə göstərdiyi bu cür təzyiqlər ümumilikdə bütümlükdə sektora təsir etməzmi? Bu barədə hər hansısa proqnoz vermək olarmı?

– Düşünürəm ki, hər şey əhəmiyyətli dərəcədə ABŞ administrasiyasının əks istiqamətdə nə qədər intensiv hərəkət edəcəyindən asılıdır. Əgər de-fakto milli təhlükəsizlik barəsində danışırlarsa və həm də eyni zamanda müvəqqəti lisenziya verirlərsə, mən belə fikirləşirəm ki, dəyən ziyan qəbul olunan çərçivəni aşmayacaq.

Əgər ABŞ administrasiyası vəziyyəti gərginləşdirəcəksə və doğrudan da “Huawei”-yə qarşı uzunmüddətli embarqoya gedəcəklərsə, onda bu həmin şirkətin təkcə son məhsuluna yox, bütün istehsal sahəsinə toxunacaq. Yaddan çıxarmayaq ki, ”Huawei” həmçinin infrastruktur xidməti təklif edir, şəbəkələr üçün müxtəlif məmulatlar hazırlayır və bu sahədə Amerika texnologiyasından asılıdır. Bütün dünya üçün bu o deməkdir ki, ”5G” sahəsindəki texnologiyanın inkişafı ləngiyəcək və ümumiyyətlə isə bu sahə əhəmiyyətli ziyan görəcək.

(“Deutschlandfunk”-Almaniya)


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR