Ticarət mübahisələri ABŞ-dan Çinə soya ixracını 70 faiz azaldıb

10-06-2019, 13:16 41 dəfə baxılıb

Ticarət mübahisələri ABŞ-dan Çinə soya ixracını 70 faiz azaldıb



İki ölkə arasında davam edən ticarət mübahisələri ABŞ-dan Çinə soya ixracının azalmasına səbəb olub.

Cari ilin ilk 4 ayında Çinin ABŞ-dan idxal etdiyi soyanın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 70 faiz azalıb. Bu azalmada mövsüm amilləri müəyyən rol oynasa da, əsas amil iki ölkə arasında getdikcə dərinləşən ticarət mübahisələridir.

Məlumatda bildirilir ki, hesabat dövründə Çinin Braziliyadan soya idxalı 46,8 faiz, Argentinadan isə 23 faiz çoxalıb.

Bundan başqa, ticarət qarşıdurması Birləşmiş Ştatlardan Çinə donuz əti ixracına da əhəmiyyətli dərəcədə mənfi təsir göstərib. Belə ki, yanvar-aprel aylarında ABŞ-dan Çinə donuz əti ixracı 53,6 faiz azalıb. Əvəzində Çinin İspaniya, Kanada, Böyük Britaniya və Niderlanddan idxalının həcmi təxminən 10 faiz artıb.

Qeyd edək ki, ABŞ-ın soya idxalında Çin əsas paya sahibdir. Çin soyanı ən çox idxal edən ölkə (ildə təxminən 100 milyon ton), ABŞ isə bu bitkinin Çinə ən böyük idxalçısıdır. Çinin xaricdən aldığı soyanın 30 faizdən çoxu Birləşmiş Ştatların payına düşür. Belə demək mümkünsə, soya Çin-ABŞ ticarət əlaqələrində vacib elementlərdən biridir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR