Dollarlaşmadan manatlaşmaya keçid - TƏHLİL

18-07-2019, 13:31 26 dəfə baxılıb

Dollarlaşmadan manatlaşmaya keçid - TƏHLİL


Bu ilin yanvar-may aylarında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd dollar kütləsinin həcmi 945 milyon 975,8 min dollar təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 24,4% azdır. Azərbaycanda Mərkəzi Bankından verilən məlumata görə, eyni zamanda banklar tərəfindən əhalidən alınan nağd dolların məbləği son bir ildə 10,4% azalaraq 795 milyon 993,3 min dollara bərabər olub.

Beləliklə, Azərbaycanda əhalinin nağd dolların satışı alışdan 18,8% çoxdur. Cari ilin əvvəli ilə müqayisədə isə may ayında dolların alışı 4,3% artaraq 170 757,3 min dollar, satışı isə 42,1% azalaraq 173 384,0 min dollar olub. Bu ilin yanvar-may aylarında dolların orta məzənnəsi 1,6997 manat olub.

Rəqəmlərin təhlili göstərir ki, 122 faizlik devalvasiyadan sonar manata etimad bərpa olunmaqdadır. Son 1 il ərzində əhaliyə dollar satışıının 25 faizə yaxın azalması yaxşı göstəricidir. Bu onunla bağlıdır ki, əhali qruplarının sərbəst vəsaitlərini dollara çevirmək meylləri tədricən azalır. Bu tendensiya həm də valyuta bazarının sabitləşməsinin göstəricisidir. Manatın xarici valyutalara nisbətdə məzənnəsinin sabit qalması fonunda bu tendensiyanın daha da güclənməsini proqnozlaşdırmaq olar. Dollara tələbatın azalması biznes mühitinə də müsbət təsir göstərəcək.

Devalvasiya şokunda sonra iqtisadiyyatın sürətlə dollarlaşması təkrar devalvasiya riski yaradırsa, iqtisadiyyatın manatlaşması tendensiyası isə bu riski əhəmiyyətli dərəcədə azaldır.

Düzdür, hazırda devalvasiya riski barədə danışmaq üçün heç bir əsas yoxdur. 2019-cu ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 14 milyard 74,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 8 milyard 240,0 milyon dollar, idxalın dəyəri 5 milyard 834,2 milyon dollar təşkil etmiş, nəticədə 2 milyard 405,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır.

Tədiyyə balansının ən mühüm seqmentlərindən biri olan cari əməliyyatlar hesabı çərçivəsində 2018-ci ildə Azərbaycana 28 milyard 284 milyon dollar dollar vəsait daxil olub (əvvəlki ilə nisbətən 6045 mln. dollar və ya 27.2% çox), ölkədən isə 22 milyard 232 mln. dollar vəsait çıxıb (əvvəlki ilə nisbətən 12 milyon ddollar az). Ölkəyə daxil olan vəsaitlərin kəskin artdığı, çıxan vəsaitlərin isə demək olar ki, dəyişməz qaldığı şəraitdə cari əməliyyatlar hesabında 6 milyon 052 mln. dollar profisit yaranmışdır ki, bu da 2017-ci ilin göstəricidindən təxminən 3.5 dəfə çoxdur.

Bu rəqəmlərin təhlili göstərir ki, yaxın gələcəkdə ölkədə devalvasiya riski yoxdur. İqtisadiyyatın manatlaşması isə devalvasiya ilə bağlı nəzəri mülahizələri belə arxa plana keçirir.
Qadir İBRAHİMLİ \\istiqlal.az\\


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR