Qoşqar Təhməzlidən DAHA BİR XƏBƏR - yarım milyonluq layihəni öz şirkətinə verdi

18-07-2019, 19:04 24 dəfə baxılıb

Qoşqar Təhməzlidən DAHA BİR XƏBƏR - yarım milyonluq layihəni öz şirkətinə verdi


Qida Təhlükəsizliyi Agentliyi “Laborator sərf materiallarının satın alınması” üzrə elan etdiyi tenderin qalibini elan edib.

AZerinfo.tv “Marja”ya istinadən xəbər verir ki, qalib şirkət agentliyin hazırkı sədri Qoşqar Təhməzlinin əvvəl rəhbəri olduğu "Medeks" MMC-dir.

"Medeks" Agentliyə laborator sərf materialları satıb. 12 iyul 2019-cu il tarixində Qida Təhlükəsizliyi Agentliyi "Medeks" MMC ilə müqavilə imzalayıb. Müqavilənin məbləği 43 min 208 manatdır.

Həmçinin iyulun 7-də Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu laboratoriyaları üçün ləvazimatların satın alınması üçün "Medeks" MMC ilə müqavilə imzalayıb. Müqavilənin məbləği 599 min 749 manatdır.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində fəaliyyət göstərən qurumdur.

“Wikipedia”da verilən məlumata görə, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2008-2016- cı illərdə isə “Medeks” MMC-də baş direktor vəzifələrində çalışıb. Hazırda da bu şirkətin Qoşqar Təhməzliyə məxsus olduğu bildirilir. "Medeks" MMC-nin saytında da Qoşqar Təhməzlinin şirkətin rəhbəri olduğu və “Ən yaxşı top-menecer” adına layiq görüldüyü qeyd edilib.

Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestrindən "Medeks" MMC barədə məlumat almaq mümkün deyil.

Portalda verilən məlumata görə, Agentliyə tabe olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Qurban bayramı ilə əlaqədar heyvan kəsimi üçün müvəqqəti çadır və avadanlıqları almaq üçün “Novotrend” MMC ilə İyulun 11-də müqavilə bağlayıb. Müqavilənin məbləği 802 min 624 manatdır. Bu şirkət haqqında da Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestrindən məlumat almaq mümkün deyil.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR