“Google” 210 kanalı “YouTube”dan silib

23-08-2019, 11:23 25 dəfə baxılıb

“Google” 210 kanalı “YouTube”dan silib



ABŞ-ın “Google” şirkəti “YouTube” videoportalından Honkonqdakı etiraz aksiyalarını görüntüləyən 210 kanalı silib


Bu barədə şirkətin rəsmi səhifəsində məlumat yer alıb.

“Bu həftə ərzində əlaqələndirilmiş təsir əməliyyatlarının bir hissəsi kimi 210 “YouTube” kanalını ləğv etmişik. Müəyyən olunub ki, onlar Honkonqda davam edən etirazlarla əlaqəli videolar göndərərək şəbəkə daxilində yayırlar”, – “Google” şirkətinin təhlükələrin analizi qrupunun rəhbəri Şeyna Hantli belə deyib.

Onun sözlərinə görə, silinmiş kanalların sahibləri xüsusi üsullardan, eləcə də VPN servislərdən istifadə etməklə öz məkanlarını gizlədirmişlər. (APA)


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR