“Hamam turizmi”, “quş gözləmçiliyi ”... - Dövlət Turizm Agentliyi tender pullarını nəyə xərcləyir?

17-01-2020, 10:10 251 dəfə baxılıb

“Hamam turizmi”, “quş gözləmçiliyi ”... - Dövlət Turizm Agentliyi tender pullarını nəyə xərcləyir?

Dövlət satınalmaları və tenderlər ölkə iqtisadiyyatının, dövlət büdcəsinin ən yaralı yeri olaraq qalmaqdadır. Dövlət vəsaitinin bəzən elə sahələr, istiqamətlər, adlar üzrə xərclənməsinə rast gəlinir ki, buna baxıb təəccüblənməmək mümkün deyil.

“AzPolitika.info” xəbər verir ki, dövlət orqanlarının maraq doğuran satınalma elanlarından biri də Dövlət Turizm Agentliyinin elan etdiyi müsabiqədir. Jurnalist Hafiz Babalının öz sosial şəbəkə səhifəsində paylaşdığı həmin satınalma müsabiqəsinin predmetləri, yumşaq desək, təəccüb doğurur.

Əslində, məntiqlə agentliyin öz mütəxəssislərinin həll etməli olduğu adi məsələlərin “məsləhət xidmətlərinin alınması” ilə satınalma predmetinə çevrilməsi və buna görə dövlət vəsaitinin xərclənməsi yalnız təəssüf doğura bilər.

Bu, dövlətin ayırdığı milyonlarla vəsaitin açıq-aşkar havaya sovrulması təəssüratı yaradır. Məsələ ilə bağlı jurnalistin paylaşdığı statusu təqdim edirik:

“Dövlət Turizm Agentliyi faktiki olaraq növbəti pulyuma maşınına çevrilib. Qurum öz aparatının görməli olduğu işi ayrı-ayrı "məsləhətçilərə" həvalə etməklə dövlətin pulunu göyə sovurmaqla məşğuldur.



Bu da onların növbəti "ehtiyacları" üzrə keçirdikləri satınalma müsabiqəsinin predmetləri:
1) Hamamların turizm məhsuluna çevrilməsi ilə bağlı məsləhət xidmətləri;
2) Azərbaycanda quş gözləmçiliyi (birdwatching) turizminin inkişaf etdirilməsi ilə bağlı məsləhət xidmətləri;
3) Qonaq evlərinin qiymətləndirilməsi, xəritə və bazanın yaradılması ilə bağlı məsləhət xidmətləri;
4) Bakıda və regionlarda yemək masterklaslarının həyata keçirilməsi ilə bağlı məsləhət xidmətləri;
5) Mədəni marşrutların yaradılması ilə bağlı məsləhət xidmətləri
6) Regionlarda ictimai muzeylərin turizm məhsuluna çevrilməsi ilə bağlı məsləhət xidmətləri;
7) Atçılıq turizminin inkişaf etdirilməsi ilə bağlı məsləhət xidmətləri.

... Sabah "Cənub-Şərqi Asiya ölkələrindən olan turistlərə saqqal darağının müəzzəm faydaları" mövzusunda təlimlərin təşkili üçün məsləhətçi axtarsalar, təəccüblənmərəm.”


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR