“AtaBank“da nə baş verir? - Əmanətçilər depozitlərini geri çəkə bilmirlər

17-01-2020, 17:37 292 dəfə baxılıb

“AtaBank“da nə baş verir? - Əmanətçilər depozitlərini geri çəkə bilmirlər

Ötən ilin oktyabrın 1-ə olan son məlumata görə, aktivləri 532 milyon manat, depozitləri 286.3 milyon manat, kredit portferli 374.7 milyon manat "AtaBank" ASC əmanətçiləri qarşısında öhdəliklərini yerinə yetirə bilmir.

AzFakt.com xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Qubad İbadoğlu bildirib.

Ekspert qeyd edir ki, 2019-cu ilin sentabr ayından etibarən əmanətlərini geri çəkmək istəyənlər bu istəklərini reallaşdıra bilmirlər. Bir sözlə "AtaBank" ASC əmanətlərini geri götürmək niyyətində olanların pullarını ödəyə bilmir. Bununla əlaqədar olaraq, bir qrup əmanətçilər əvvəllər Maliyyə Bazarlarına Nəzarət Palatasına, bu ildən isə Mərkəzi Banka şikayət etsələr də yenə də müsbət nəticə əldə edə bilmirlər. Əksinə, nə baş verdiyi barədə heç bir rəsmi açıqlama verilməməsi əmanətçilərin şübhələrini daha da çoxaldır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR