«Mən Həsən ağanın qohumuyam, məni filankəs göndərib, keçməyəcək»

11-02-2020, 14:14 238 dəfə baxılıb

«Mən Həsən ağanın qohumuyam, məni filankəs göndərib, keçməyəcək»


Azərbaycanda vergi intizamının artırılması və iqtisadiyyatın şəffaflaşması üçün uçot çox vacibdir.

FED.az xəbər verir ki, bunu Vergilər nazirinin müavini Sahib Ələybərov bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanda bu sahədə vəziyyət o qədər də ürəkaçan deyil, ona görə də hazırda əsas diqqət məhz real uçotun tərtibinə yönəldilib.

Nazir müavini bildirib ki, bu məsələ özünü xüsusilə kənd təsərrüfatında göstərir.

Bu sahədə dövlət böyük vergi güzəştləri verir, biz də seçim etməliydik, ya güzəştlər ləğv edilməli, ya da uçot güclənməli idi.

Güzəştləri ləğv etmək olmaz, ötən il bunların müddəti daha 5 il uzadıldı, yəqin gələcək illərdə də uzadılacaq, çünki aqrar sektora dəstək lazımdır. Amma uçot olmasa da, vegi qaytarılmalıdır, qonşu ölkəərdə olduğu kimi, amma biz bunu da istəmirik.

Bizim Vergi Xidməti bu istiqamətdə heç bir layihə hazırlamır və əminik ki, güzəhştlər ləğv edilməməli və başqa üsullar tətbiq edilməlidir». Nazir müavini qeyd edib ki, güzəştlərin məbləği 100 milyonlarla ölçülür.

Nazir müavini qeyd edib ki, fermerlərin elektron qeydiyyatı və subsidiya siyahısının şəffaflaşması onların vergi uçotuna düşməsinə də kömək edib.

Ötən il 391 min nəfərə subsidiya verilib, amma araşdırma göstərdi ki, bunlardan 200 mini vergi orqanında uçotda deyil. Biz o siyahını götürüb, onlarla iş aparmağa başladıq. Nəticədə son 6 ay ərzində 90 mindən çox kənd təsərrüfatı fermeri qeydiyatdan keçib, qarşıdakı 6 ayda da bu qədər artacağını gözləyirik.

Fermerlər başa düşməlidir ki, uçota durmasanız, hesabat verməsəniz, ola bilər ki, subsidiya almayasınız. Və burada mən Həsən ağanın qohumuyam, məni filankəss göndərib kimi məsələlər keçməyəcək. Çünki o kompüterdir və dərhal imtina verəcək».


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR