Araq istehsalı 5 qat artıb, yaxşı satılır – ŞƏRAB İSƏ ANBARDA QALIB

25-03-2020, 16:26 268 dəfə baxılıb

Araq istehsalı 5 qat artıb, yaxşı satılır – ŞƏRAB İSƏ ANBARDA QALIB


Azərbaycanda araq və pivə istehsalı kəskin artıb, şərab istehsalında kəskin azalma var.

FED.az xəbər verir ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda 1 milyon 368,8 min dekalitr ( dekalitr 10 litrdir) araq istehsal edilib ki, bu da ötən ilin əvvəlki dövrü ilə müqayisədə 5,2 dəfə artıqdır. Araq həm də yaxşı satılır. Martın 1-ə olan məlumata görə, anbarlarda araq üzrə hazır məhsul ehtiyatı cəmi 250,6 min dkl-dir. Bu da aylıq istehsalın 3-də biri qədərdir.

Ölkədə ilk iki ayda pivə istehsalı da artıb. Yanvar-fevral ayında 456,5 dkl pivə istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 33,2% artım deməkdir. Amma pivə araq kimi satılmayıb – pivənin yarısı anbarlardadır. Martın 1-ə anbarlarda 230,5 dekalitr qalır ki, bu da bir aylıq istehsal qədərdir.
Bu ilin əvvəlindən ölkədə 59,2 min dkl likör istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 42% faiz artıb. Anbarlarda hazır məhsul 38,7 dkl olub, yəni 1 aylıq istehsalın 1,3 misli qədər.

Konyak və şərabda isə həm istehsalda, həm də satışda ciddi problemlər var.

Yanvar-fevral aylarında ölkədə 5,1 min dekalitr konyak istehsal edilib. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 35% azdır. Eyni zamanda anbarlarda hazırda 14,3 min dekalitr və ya təqribən 6 aylıq istehsal qədər hazır konyak var.

Ən çətin vəziyyət şərab istehsalında yaranıb. DSK-nin məlumatına görə, bu ilin iki ayında üzüm şərabının istehsalı 43,9 min dkl olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 45,1% azdır. Şərabın satışı da olduqca pisdir. Hazırda anbarlarda şərab üzrə hazır məhsul ehtiyatı 1 milyon 073,1 min dkl təşkil edib. Başq sözlə, hazırda anbarlarda 4 illik istehsal qədər məhsul ehtiyatı yığılıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR