Qalmaqallı polis rəisi işdən çıxarıldı

31-12-2015, 11:59 889 dəfə baxılıb

Qalmaqallı polis rəisi işdən çıxarıldı













Ramil Usubov Suraxanı DYPŞ-nin rəisi Emin Məmmədovu vəzifəsindən azad edib Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) rəisi, mayor Emin Məmmədov tutduğu vəzifədən azad edilib

Bu barədə daxili işlər naziri Ramil Usubov əmr imzalayıb. Məlumatda deyilir ki, hələlik onun yerinə heç bir təyinat olmayıb və Emin Məmmədov başqa vəzifəyə qoyulmayıb. Xatırladaq ki, bir müddət əvvəl Emin Məmmədovun adı Xocalı rayon sakini Elməddin Bayramovu özünə intihar həddinə çatdırmasında hallandırılmışdı. Belə ki, Emin Məmmədov öz şəxsi "Porsche" markalı 10 AN 014 nömrəli avtomobili ilə hərəkətdə olarkən həmin istiqamətdə Elməddin Bayramovun idarə etdiyi "Vaz-2105" markalı 10 GO 893 nömrəli avtomobili saxlayıb. Sürücüyə qarşı kobudluq edən polis rəisi onu özündən çıxarıb. Nəticədə, sürücü idarə etdiyi maşına od vuraraq yandırıb. Deyilənə görə, məhz bu hadisədən sonra Emin Məmmədovun barəsində DİN rəhbərliyində mənfi fikir yaranıb və o, vəzifə səlahiyyətlərini düzgün icra etmədiyinə görə işdən kənarlaşdırılıb. Qeyd edək ki, Emin Məmmədov daxili işlər nazirinin keçmiş müavini Əsgər Ələkbərovun qohumu idi.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR