Aərbaycanda daha bir bank müflis elan olundu - RƏSMİ

8-09-2016, 10:12 624 dəfə baxılıb

Aərbaycanda daha bir bank müflis elan olundu - RƏSMİ










Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.08.2016-cı il tarixli 2-1 (81)-3619/16 saylı qərarı ilə “Kredobank” ASC müflis elan edilib, bank barəsində iflas proseduruna başlanılıb.

Əmanətlərin Sığortalanması Fondundan fins.az-abildiriblər ki, fond iyulun 25-dən ləğv prosesində olan “Kredobank” ASC-nin ləğvedicisi kimi fəaliyyətə başlayıb. Bununla əlaqədar olaraq müflis elan edilmiş banka qarşı tələblər bu elanın dərcindən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınacaq.

Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər: kreditorun adı, ünvanı; tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri; tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Kreditorlar bu elanın dərcindən 60 gün ərzində bankın ləğvedicisinə müraciət etməlidirlər.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR