Bağlanacaq banklara daha iki il möhlət: - NƏ DƏYİŞƏCƏK?

26-10-2018, 13:47 433 dəfə baxılıb

Bağlanacaq banklara daha iki il möhlət: - NƏ DƏYİŞƏCƏK?

Hazırda ölkədə 30 kommersiya bankı fəaliyyət göstərir.Bundan əlavə 11 bankın lisenziyası isə ləğv olunub.Lisenziyaları ləğv olunan banklar bu sektorun sağlamlaşdırılması prosesi çərçivəsində bazardan çıxarıldı. Amma proses yarımçıq saxlanıldı. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) prosesi yarımçıq saxlaması bank sektorunda müsbət dəyişikliyin qarşısını alan əsas amil kimi qiymətləndirildi.

Məlumdur ki, hazırda fəaliyyətdə olan 30 bankın da əksəriyyətində maliyyə çatışmazlığı mövcuddur.Banklarda kreditləşmə demək olar ki, yox səviyyəsindədir.Nəzərə alsaq ki, Azərbaycan banklarının əsas gəlir mənbəy məhz kreditlərdir, hazırkı vəziyyətdə bankların durumunu təsəvvür etmək heç də çətin deyil.Bir çox banklar hələ də “valyutadəyişmə” məntəqəsi funksiyasını yerinə yetirir.Bu isə onu deməyə əsas verir ki, bank sektoru hələ də sağlam deyil.

Baxmayaraq ki, ölkə başçısının Sərəncamı ilə bank sektoru 2018-ci ilin sonuna qədər sağlamlaşdırılmalı və bu proses göstərilən müddət ərzində bitməli idi. Amma artıq ilin bitməsinə 2 ay qalıb.Bu müddət ərzində bank sektorun problemlərini həll etmək çətin görünür.Bir yandan, bankların işini müşgülə salan problemli kreditlər, digər tərəfdən, xarici borclar məsələnin həllini daha da qəlizləşdirir.Bununla yanaşı, bankların aktivlərinin passivləri ilə müqayisədə risk həddini keçməsi bankların fəaliyyətində ciddi problem yaradır.

Bugünlərdə Azərbaycan Mərkəzi Bankının sədr müavini Alim Quliyev bankların sağlamlaşdırılması məsələsi ilə bağlı maraqlı açıqlama verib.Belə ki, Mərkəzi Bank rəsmisi deyib ki, 2018-2020-ci illər ərzində əlavə kapitallaşmaya ehtiyacı olan banklarla kapitalizasiya planları təsdiq ediləcək və müəyyən olunmuş vaxt çərçivəsində kapitalizasiya prosesi tamamlanacaq. Bu açıqlamadan belə görünür ki, hökumət bankların sağlamlaşdırılması prosesinin müddətini daha iki il artırıb.

Maraqlıdır, bu iki ərzində də gözlənilənlər baş verməsə, nə olacaq?Deyildiyi kimi, kapitalizasiya prosesini keçə bilməyən banklar haqqında hansı qərar veriləcək?

Yenidən müddət uzadılacaqmı, yoxsa bu işin öhdəsindən gələ bilməyən banklar bağlanacaq?

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə şərhində Mərkəzi Bank rəsmisinin bu cür açıqlamasının təəccüblü olduğunu deyib. Ə.Həsənov vurğulayıb ki, bu məsələ Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) öhdəliyindədir:

“Çünki bankların sağlamlaşdırılması Mərkəzi Banka deyil, Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) aid olan məsələdir. Mərkəzi Bankın funksiyası pul siyasətini aparmaqdır, bank sisteminin sabitliyini qorumaq deyil.Ola bilər ki, Mərkəzi Bank da həmin tədbirlərin hazırlanmasında iştirak edir, amma əsas rəsmi orqan Palatadır.Ölkə prezidenti “Maliyyə xidmətlərinin inkişafına dair” strateji yox xəritəsində göstərmişdi ki, bankların sağlamlaşdırılması prosesi bu ilin sonuna qədər bitməlidir.Bu da dolayısı ilə o deməkdir ki, qeyri-sağlam banklar bağlanmalıdır.İndi bu prosesin 2018-2020-di illərə keçirilməsi strateji yol xəritəsinə uyğun deyil.Bu isə o deməkdir ki, əvvəlki plan icra edilməmiş qaldı və artıq yeni plan hazırlanır.Hər dəfə bu prosesə başqa-başqa adlar verirlər.Bir dəfə restrukturizasiyası deyirlər, bir dəfə kapitalizasiya.Amma bu əslində bankların fəaliyyəti qanunvericiliyə uyğunlaşdırılacaq.Məntiqlə belə çıxır ki, buna nail olmayan banklar bağlanmalıdır. Amma kim qarantiya verir ki, müddət bitəndən sonra başqa bir layihə verməyəcəklər”.

Əkrəm Həsənov Mərkəzi Bank rəsmisinin bankların azalmasının tərəfdarı olduğunu xatırladıb:

“Hələ devalvasiyadan əvvəl Mərkəzi Bank sədrinin müavini Alim Quliyev çox sərt bir bəyanat vermişdi. O zaman bu bəyanat çox böyük əks-səda doğurmuşdu. O, demişdi ki, bankların sayını azaltmaq lazımdır. Alim Quliyev bunu bankların ən sağlam zamanında demişdi və o zamandan tərəfdarıdır.Deməli, elə bu bəyanatın da arxasında duran fikir məhz “pis” bankların bağlanmasıdır”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR