Enerji Aydan gələcək: Yer üçün ilginc PLAN

10-09-2019, 12:19 322 dəfə baxılıb

Enerji Aydan gələcək: Yer üçün ilginc PLAN

Hindistan Ayda daimi baza yaratmaq niyyətindədir. Plan artıq 10 ildən sonra icra olunacaq.

Bu barədə Hindistan-Rusiya birgə müəssisəsi olan “BrahMos”un sabiq sədri Sivathani Pillai deyib.

Onun sözlərinə görə, ölkəsi 10 il sonra bu istiqamətdə işi yekunlaşdıracaq. Aydakı bazada qiymətli xammal ehtiyatı olan helium 3-ün emalı və Yerə gətirilməsi nəzərdə tutulur. Helium -3 gələcəyin ən böyük enerjidaşıyıcısı hesab edilir.

Xatırladaq ki, Hindistan bunu mümkün edən texnologiyaya malik 4 ölkədən biridir.

Şirkətin sabiq rəhbəri helium 3-ün xüsusiyyətlərindən də danışıb. Bildirib ki, o, böyük enerjidaşıyıcılığı xüsusiyyətinə malikdir. Ayda bu xammal ehtiyatı az deyil, buna görə də yeni texnologiyaların yaradılmasında ondan istifadə mümkündür.

O da bildirilir ki, yaxın 10 ildə Ayda bu istiqamətdə təkcə Hindistan iş aparmayacaq. Rusiya, Çin və Amerikanın da belə planı var.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR