16 yaşlı aktivist 75 min dollardan imtina etdi

31-10-2019, 17:47 33 dəfə baxılıb

16 yaşlı aktivist 75 min dollardan imtina etdi

İsveçli iqlim aktivisti Qreta Tunberq növbəti hərəkəti ilə gündəmə çevrilib.

16 yaşlı aktivist ona layiq görülən Skandinaviya Ekologiya Mükafatından imtina edib.

Mükafatın dəyəri 75 min dollardır.

"The Sunday Morning Herald” qəzetinin xəbərinə görə, Tunberq mükafata layiq görüldüyü üçün qürurlandığını, amma iqlimlə bağlı apardığı mübarizə üçün hər hansı mükafata layiq olmadığını deyib. O, ətraf mühitin qorunması üçün gözəl sözlər söyləmək yerinə konkret tədbirlər görülməsini tələb edib.

Sosial media hesabından məsələ ilə bağlı mövqeyini açıqlayan Qreta ehtiyac duyulan əsl addımların siyasətçilərin və əlində güc olan şəxslərin ən son elmi hesabatlara əhəmiyyət vermələri olduğunu vurğulayıb. "Sanki 4 planetimiz varmış kimi yaşayırıq”, - o deyib.

Qeyd edək ki, Skandinaviya jürisi, Qreta Tunberqi ətraf mühit və iqlim məsələlərinə yeni nəfəs gətirdiyi üçün bu mükafata layiq gördüyünü vurğulayıb.

Xatırladaq ki, Qreta etirazlarına İsveç Parlamenti qarşısında keçirdiyi "Fridays For Future" adlı oturaq aksiya ilə başlayıb. Daha sonra İngiltərədən karbon-dioksid buraxmayan gəmi ilə Atlantik okeanını keçərək Nyu-Yorka gedən aktivist, İqlim Dəyişikliyi üzrə Zirvə Toplantısındakı emosional çıxışı ilə dünya liderlərini sərt şəkildə qınamış və dünya gündəminə gəlmişdi.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR