Koronavirus bioloji müharibədirmi?

12-02-2020, 19:51 346 dəfə baxılıb

Koronavirus bioloji müharibədirmi?


"Biz koronavirusu artıq nəzarət altına almağa başlamışıq".

“Report” xəbər verir ki, bunu Çinin Türkiyədəki səfiri Denq Li “AHaber”ə müsahibəsində koronavirusdan danışarkən bildirib.

Diplomat "Koronavirus bioloji müharibədirmi" sualını isə belə cavablandırıb: “Çin hökuməti olaraq alimlərimizi bir araya gətirərək virusun mənbəyini tapmağa çalışırıq. Hazırda bir məsələdə fikirlərimiz üst-üstə düşür. Böyük ehtimalla, bu virus vəhşi heyvanlardan keçib. Çünki koronavirus, əslində, yarasadakı virusa 96% bənzəyir”.

Xatırladaq ki, Çinin Uhan şəhərində başlayan koronavirusdan ölənlərin sayı 1100-ü ötüb, yoluxanların sayı isə 42 mindən çoxdur.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR