Başqasının sidiyini içməyə məcbur edirdilər” – “NKVD”-nin 52 dəhşətli işgəncə növü

18-02-2020, 19:06 220 dəfə baxılıb

Başqasının sidiyini içməyə məcbur edirdilər” – “NKVD”-nin 52 dəhşətli işgəncə növü


NKVD-nin “Suxanovka” və ya 110 saylı Xüsusi Obyekt kimi tanınan istintaq təcridxanasının keçmiş məhbuslarının xatirələrinə görə, orada 52 işgəncə növü tətbiq edilirdi.

Moskva yaxınlığında yerləşən əvvəllər Müqəddəs Yekaterina monastırı 1938-ci ildə NKVD-nin istintaq təcridxanasına çevrilib.
Səlahiyyətli şəxslərin istədiyi ifadəni alması üçün istifadə etdikləri metodların siyahısı QULAQ araşdırmaçısı Lidiya Qolovkovanın “Suxanovska türməsi. 110 saylı Xüsusi Obyekt” kitabında əksini tapıb.

İşgəncə
“Ən sadə işgəncə döymək idi”, – tədqiqatçı yazır. İnsanları sutka ərzində fasiləsiz, növbələrlə döyə bilirdilər – müstəntiqlər bir-birini dəyişdirirdilər, onlar yorulmadan çalışırdılar. O dövrdə daha çox yayılmış sübut almaq metodu yuxusuzluq təcrübəsi idi: məhkum uzun müddət 10-20 gün ərzində uzun müddət yuxudan məhrum edilirdi.

Cəlladların arsenalında daha mürəkkəb vasitələr də var idi. Dindirmə zamanı qurbanın ayağı taburetkaya elə bir şəkildə qoyulurdu ki, istintaq altında olan şəxsin hər hansı bir hərəkəti düz bağırsağa ağrı verirdi. Digər işgəncə növü “qaranquş” idi – məhkumun başı və ayaqları uzun dəsmalla bağlanırdı. Buna dözmək olmur, amma insanlar saatlarla oxşar vəziyyətdə saxlanılırdı.

Sadist təhqiqatçıların ixtiraçılığı kinolardakı manyakların incə təxəyyülü ilə müqayisə edilə bilər. İnsanların dırnaqları sıxılır, barmaqları qapı arasında qoyulur, yüksək dərəcədə istiliyin olduğu karsa, bəzən də çəlləklərdəki soyuq suya salınırdılar. Müstəntiq qurbanı başqasının sidiyini içməyə məcbur edə bilərdi.
Heç kimin qeyri-insani əzaba dözməyinə dair faktiki olaraq heç bir dəlil yoxdur. Həbsxanalarda təcrübəli hərbçiləri sındırırdılar. General Sidyakin işgəncələrdən sonra dəli oldu: Qolovkova yazır ki, it kimi ulamağa və hürməyə başladı. Dindirmələrdən sonra bir çoxu psixiatriya xəstəxanalarında məcburi müalicəyə göndərildi. Bir məhkumun xüsusi bir müəssisədə sağ qaldığı və işgəncələrə dözdüyü sənədlərdən məlumdur. Belə ki, keçmiş KQB əməkdaşı Mixail Kedrov ittihamları qəbul etmir və işgəncə həbsxanasından keçir. Bu, məhkəmədə ona kömək edir – bəraət alır. Düzdür, stalinçi cəlladlardan yaxa qurtara bilmir: İkinci Dünya Müharibəsi başlayandan sonra Lavrenti Beriyanın göstərişi ilə istintaq yenilənmədən Kedrov güllələnir.
Qatil maşınlar
Dövlət təhlükəsizliyi üzrə komissar çox vaxt qurbanları şəxsən alçaldırdı. Məhkumların edamından əvvəl o, əlaltılarına onları döyməyi əmr edirdi. Görünür, bu baş stalinçi cəllada xüsusi zövq verirdi. Xüsusi obyektdə Lavrenti Beriyanın şəxsi kabineti var idi, oradan şəxsi liftlə işgəncə məntəqəsinə düşə bilərdi.
Nasist cəlladların sovet “həmkarları”nın təcrübəsini mənimsədikləri də nümunələr var. NKVD-də qətllər üçün əsl ölüm maşınları düşünülüb hazırlanmışdı. Belə ki, avtomobilin işlətdiyi mühərrik qazı çölə deyil, kuzovun içinə verilirdi və məhkumlar daşıma zamanı ölürdülər. Onların cəsədləri dərhal krematoriyaya aparılırdı. Nasistlər bu üsulu həbs düşərgələrində istifadə etdilər.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR