"Elçin Quliyev şortik geyinib şou göstərir"

18-07-2019, 12:56 717 dəfə baxılıb

"Elçin Quliyev şortik geyinib şou göstərir"



"Keşikçi dağda gürcü fəallarının hücum edərək ərazimizdə keşik çəkən iki Azərbaycan sərhədçisinin silahını əlindən alıması Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin uğursuz fəaliyyətinin nəticəsidir".


Demokrat.az xəbər verir ki, bu fikirləri "Kanal 13"-ə açıqlamasında Azərbaycanın sabiq müdafiə naziri Rəhim Qazıyev bildirib.


O deyib ki, Elçin Quliyev sərhədlərin qorunması ilə məşğul olmaq əvəzinə şou göstərməklə məşğul olur:



"Elçin Quliyev şortik geyinib, 5 kilometrlik bayrağı sərhəddə asıb şou göstərir. O yaxşı komandan olsaydı və özündə zərrə qədər məsuliyyət hiss etsəydi, sərhədlərimizin toxunulmazlığını qoruya bilmədiyinə görə özünü asmalı idi. Ən azı vicdanı var idisə, Keşikçi dağ hadisəsindən sonra həmin dəqiqə istefa verməli idi. Mən orada dayanan əsgərlərimizdə heç bir günah görmürəm. Bəlkə də o sərhəddə dayanan əsgərlərimizin avtomatlarında heç bir güllə olmayıb və onlara "atma" əmri verilib. Belə etmək olmaz. Bu hadisə Azərbaycan dövlətinə və xalqına qarşı olan təhqirdir".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR