"Qoy gürcülər də azərbaycanlıların çiləsinin nə olduğunu anlasınlar" - TƏKLİF

25-07-2019, 22:04 465 dəfə baxılıb

"Qoy gürcülər də azərbaycanlıların çiləsinin nə olduğunu anlasınlar" - TƏKLİF

Artıq Gürcüstan rəsmiləri tərəfindən Azərbaycanın və Türkiyənin bir çox tanınmış insanlarına qarşı qanunsuz olaraq bu ölkəyə giriş yasağı qoyulub. Zəlimxan Məmmədli, Seyfulla Türksoy, Kərəm Məmmədov və başqa ictimai xadimlərin Gürcüstana girişinin qadağan olunmasının dəqiq izahı verilmir. Anlaşılan budur ki, ölkəmizin xarici işlər nazirliyi bu kimi Azərbaycan vətəndaşlarının hüquqlarını qorumağa hansısa səbəblərdən laqeyd yanaşır. Heç olmazsa rəsmi Gürcüstanın bu qanunsuz davranışını əsas götürərək Azərbaycan üçün arzuolunmaz şəxslərin (Keşikçidağ təxribatlarında iştirak edən, erməni tezislərini dəstəkləyən Gürcüstan vətəndaşları nəzərdə tutulur) ucdantutma ölkəmizə girişini qadağan edən qərar çıxartmaq zəruridir. Qoy gürcülər də doğma ocağına baş çəkmək hüququndan məhrum olunmuş azərbaycanlıların çiləsinin nə olduğunu anlasınlar. Azərbaycan vətəndaşlarının xarici ölkəyə sərbəst hərəkət etmə hüququnu qoruya bilmiriksə, o halda qonşu ölkədən olan təxribatçılara qarşı adekvat addımı atmağa bizə kim və nə mane olur? Azərbaycan Xarici işlər nazirliyinin bu çağırışı müsbət dəyərləndirəcəyinə ümid edirəm.


Fazil Mustafa, Millət vəkili


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR