“Qan və ölüm! – Həyasızlığın cavabı budur”

29-07-2019, 21:42 325 dəfə baxılıb

“Qan və ölüm! – Həyasızlığın cavabı budur”

Son vaxtlar təmas xəttində təxribatlara cəhd edən düşmənin bir neçə hərbçisinin yaralanması və məhv edilməsi rəsmi İrəvanda sözün əsl mənasında təşvişə səbəb olub. Məsələ ilə açıqlama yayan düşmənin Xarici İşlər Nazirliyi erməni hərbçilərinin məhvinə görə ölkəmizi ittiham edib, snayperlərin təmas xəttindən geri çəkilməsinin vacibliyini vurğulayıb.

Bəs düşmənə qarşı sərt münasibətin davam etdirilməsi rəsmi İrəvanı problemin sülh yolu ilə həllinə vadar edə bilərmi?

Moderator.az-a açıqlama verən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev erməni işğalına qarşı mübarizədə sərt addımlara üstünlük verilməsinin vacibliyini qeyd edib:

“Ermənistan XİN-nin və ya Müdafiə Nazirliyinin təmas xəttində yaralanan və ya məhv edilən erməni hərbçiləri ilə bağlı verdiyi bəyanatlar, öz narahatlıqlarını bu cür ifadə etməsi bir daha təsdiq edir ki, torpaqlarımız heç də separatçı rejim tərəfindən deyil, məhz Ermənistan tərəfindən işğal edilib. Yəni əslıində işğalçı ölkə bu cür bəyanatlarla özünü ifşa edir.

Düşmənə qarşı sərt münasibətə gəlincə, təbii ki, bu cür münasibət davam etdirilməlidir. Biz əsla Azərbaycan torpaqları üzərində ikinci bir erməni dövlətinin yaranmasına imkan verə bilmərik. Ermənilər uzun illərdir ki, torpqlarımızı işğal altında saxıayır və Azərbaycanın sülh çağırışlarına cavab vermirlər. Onlar torpaqlarımızı işğal altıdna saxlamağ səy göstərir, öz həyasızlıqlarını davam etdirirlər. Həyasızlığın cavabı da təbii ki, sərt olmalıdır.

Hesab edirəm ki, ordumuz düşmənə qarşı hər zaman amansız olmalı, onun məhvi istiqamətində hər cür imkandan yararlanmalıdırlar. Işğaldakı torpaqlarımızı azad etmək hər birimizin borcudur və bu borc yerinə yetirilməyənə qədər hər hansı güzəştdən söhbət gedə bilməz”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR