“Mandatı niyə yaman günə qoyursan?!”

2-08-2019, 11:37 78 dəfə baxılıb

“Mandatı niyə yaman günə qoyursan?!”

"Bəzi deputatların fikirlərinin bulandığına, bəzilərinin xalqın bu günkü dərd-səri ilə heç bir əlaqəsi olmayan, deputat missiyasına uyuşmayan yersiz müzakirələr açmasına təəssüf etdim".

Bu barədə açıqlama ilə "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev çıxış edib.

A.Quliyev bildirib ki, günümüzün ən vacib sosial, siyasi, iqtisadi, beynəlxalq məsələlərini bir kənara qoyub orta əsrlərə, az qala qədim daş, mis dövrünə aid şeyləri müzakirəyə qoymaq - bunun adını siz verin dostlar... 10, 15, 20, hətta bəzilərinin 25 il parlamentdə "papağı günə yandırandan "sonra "hərşeyşünaslara" çevrilməsinin səbəbləri çox maraqlıdı. Biri Nizamidən, biri Koroğludan, biri Xətaidən, biri təriqətçilikdən, biri Qaçaq Nəbidən danışır. Bir qalıb ki,"İkar və Dedal" əfsanəsini, "Qaratoxmaq qadını" çək-çevir etsinlər. Adama deyərlər ki, tədqiqatçı - alim olmaq sənin üçün bu qədər cazibədardırsa, mandatı niyə yaman günə qoyursan?! Həəəə... Deyəsən MM-in çağırış müddətinin bitməsinə bir il qalmış bəzilərinin "küpü süzüb" və mümkün olan bütün mövzulara "söz atmağa" başlayıblar..."

Xatırladaq ki, bu günlərdə millət vəkili Fazil Mustafa Şah İsmayıl Xətai ilə bağlı tənqidi fikirlər söyləmişdi. Digər millət vəkili Fəzail Ağamalı isə Fazil Mustafanı təriqət təəssübü çəkməkdə qınamışdı.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR