"Bu gün Azərbaycanın əsas təkanverici qüvvəsi xalq-iqtidar birliyidir"

25-03-2020, 11:22 223 dəfə baxılıb

"Bu gün Azərbaycanın əsas təkanverici qüvvəsi xalq-iqtidar birliyidir"

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində koronavirusla mübarizə çərçivəsində ölkədə aparılan tədbirlərlə bağlı danışdı. Bu cür əhəmiyyətli və vacib tədbirlərdən biri də sahibkarlara 1 milyard manatın ayrılmasıdır.

Bunu Trend-ə açıqlamasında millət vəkili Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, bu vəsaitin ayrılması xəstəlikdən və onun fəsadlarından əziyyət çəkmiş sahibkarların ziyan çəkməsinin qarşısını almaq və onlara dəstək olmaqdır:

"Bu vəsaitin şəffaf bölünəcəyi və heç bir sahibkarın ziyan çəkməyəcəyinə əminəm. Xəstəliklə bağlı ən həssas sahibkarlar qruplarına xüsusi maliyyə dəstəyi də göstəriləcək, vergi güzəştləri də ediləcək, digər imtiyazlar da veriləcək. Vəsaitin ayrılmasına Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi nəzarət edəcək və vəsaitin xərclənməsi barədə ictimaiyyətə də məlumat veriləcək".

A.Nağlyev, həmçinin bildirib ki, Azərbaycan xalqının adət-ənənələri, milli dəyərləri, bizə bu virusla mübarizədə kömək edəcək:

"Azərbaycan xalqının həssas nümayəndələri də var. Onlar, əsasən təqaüdçülər və 65 yaşdan yuxarı olan şəxslərdir. Bu şəxslərin diqqətdə saxlanılması üçün sosial paketlər həyata keçirilməlidir. Bunun üçün yəqin ki könüllülərdən də istifadə olunacaq. Bu istiqamətdə də müvafiq addımların atılması çox vacibdir. Təqaüdlərin, sosial yardımların vaxtında verilməsi də əsas məqamlardandır".

Millət vəkili vurğulayıb ki, bu prosesdə, əsasən ön cəbhədə olan həkimlərə diqqət yetirilməsi daha vacibdir: "Bununla bağlı dövlət başçısının müvafiq qərarı oldu və onların məvaciblərinin artırılması istiqamətində tədbirlər görüldü. Xəstələrə qulluq edən həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılması və onların əməyinə layiqli qiymətin verilməsi üçün əməkhaqlarının artırılması məsələsi həll olunub. Onlar maaşın 3-5 mislini alacaqlar. Dövlət başçısının xüsusi qeyd etdiyi kimi, Azərbaycan həkimləri böyük qəhrəmanlıq göstərirlər, öz həyatlarını, sağlamlıqlarını risk altına atırlar, ancaq öz vəzifə borcunu şərəflə yerinə yetirirlər. Bütün bu addımlar onu göstərir ki, xalq dövlət başçısına inanır və bu gün Azərbaycanın əsas təkanverici qüvvəsi xalq-iqtidar birliyidir".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR