Bakı Nəqliyyat Agentliyi HƏDƏFƏ GƏLİR...

9-05-2019, 12:48 28 dəfə baxılıb

Bakı Nəqliyyat Agentliyi HƏDƏFƏ GƏLİR...

Nəqliyyat Nazirliyi müstəqil qurum kimi ləğv olunub Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildikdən sonra cəmiyyətdə bu sahədə hər gün rast gəlinən və insanların əsəblərini tarıma çəkən problemlərin nəhayət aradan qaldırılacağına böyük ümid var idi. Hər kəs düşünürdü ki, nəqliyyat sahəsində mövcud olan nöqsanlar aradan qalxacaq, sərnişindaşımadakı problemlər azalacaq, normal xidmət göstəriləcək. Amma gözlənilənlər olmadı. 2016-cı ildə Bakı Nəqliyyat Agentliyi (BNA) yaradılanda Nəqliyyat Nazirliyi hələ RYTN-ə birləşdirilməmişdi.

BNA-nın yaradılması Nəqliyyat Nazirliyinin ləğv olunması məsələsini gündəmə gətirmişdi. Nəticədə, gözlənilən struktur dəyişikliyi baş tutdu, Nəqliyyat Nazirliyi ləğv olunaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildi. BNA-ya bəslənilən ümidlər isə elə gözlənti olaraq qaldı. Bu gün ictimai nəqliyyatdan istifadə edən hər kəs bu qurumun fəaliyyətindən narazıdır. BNA sanki “baha qiymət, keyfiyyətsiz xidmət”i öz fəalliyyətinin əsas devizi olaraq qəbul edib. Bu sahədə problemlər olduğu kimi qalır. Nəqliyyat Nazirliyinin ləğvi, BNA-nın fəaliyyətə başlaması heç nəyi dəyişmədi.

Pik saatlarda paytaxt dayanacaqlarında yüzlərlə sərnişin avtobus gözləyir, marşrut isə tapılmır. BNA artıq 3 ildir fəaliyyət göstərir. Problemin həlli üçün qurum hələ 3 il də səbr etməyi məsləhət görür.

DİA.AZ-a bütün bunları xatırladan məlumatlı mənbə iddia edir ki, son zamanlar vətəndaşları narahat edən bütün istiqamətlərdə olduğu kimi qeyd olunan məsələyə də birdəfəlik əncam çəkiləcək. Mənbənin dia.az-a söylədikləri:

"Yaxın vaxtlarda bu barədə hökumətin müdaxiləsiv aşkar şəkildə hiss olunacaq. Təbii ki, bu zaman BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimlinin hədəfə şevrilməsi şəkssizdir".

Qeyd edək ki, mənbəmiz BNA rəhbərliyinin fəaliyyətindəki nöqsanları əks etdirən ilginc faktları, habelə maliyyə maxinasiyalarını sübutlayan konkret məqamları da dia.az-a təqdim edib. Bu barədə geniş materialımız olacaq. Bizi izləməkdə davam edin.

Bütün iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR