Azərbaycana 3 gün dolu düşəcək - XƏBƏRDARLIQ

26-05-2019, 10:22 61 dəfə baxılıb

Azərbaycana 3 gün dolu düşəcək - XƏBƏRDARLIQ


Yaxın üç gün ərzində Azərbaycanın bəzi ərazilərinə yenidən dolu düşəcək.



Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Moderator.az-a verilən məlumata görə, mayın 26, 27 və 28-də respublikanın rayonlarında hava şəraitinin dəyişkən olacağı gözlənilir.

Mayın 29-dək əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR