Vidadi İsayevin balıq gölü və körpü təmiri adı altında mənimsənilən 150.000 manat FAKTI

11-06-2019, 18:36 20 dəfə baxılıb

Vidadi İsayevin balıq gölü və körpü təmiri adı altında mənimsənilən 150.000 manat FAKTI


Ötən yazılarımızda “Bərdədə Çovdarovun oğlu ilə şərik biznes quran şəxs dövlətə nə qədər ziyan vurdu?” başlıqlı məqalə dərc etmişdik. Nəzərinizə çatdıraq ki, məsələ ilə bağlı əməkdaşlarımız sözügedən rayonda olmuş və bəzi araşdırmalara nail olub.

Belə ki, Bərdə rayonunun Samux və Mirzəcəfərli kəndləri ərazisində 500 hektara yaxın əkin sahəsi uizun illərdir ki, ciddi şəkildə, su qıtlığı ilə üzləşmiş, sahibkarlar xeyli ziyan çəkmişlər və çəkməkdədirlər. Çünki, bu kəndlərin torpaq sahələrini suvarmaq üşün Böyük Qarabağ kanalından ayrılan suyun xeyli hissəsi eks- MTN generalı Akif Çovdarovun həmin göllərinə axıdılır.

Burada görülən bütün işləri, əsasən Samux kənd sakini Şəfiyev Vüqar və onun qardaşı İmran yerinə yetirir. Akif Çovdarovun (həbsxanada olmasına baxmayaraq) maliyəsi və rəhbərliyi ilə görülən həmin işlərdən əldə olunan gəlirlər, vergidən yayındırılaraq, tamamilə mənimsənilir.

Eyni zamanda istifadə olunan torpaq, su və elktrik enerjisi üçün, dövlət və bələdiyyə büdcəsinə heç bir manat da vəsait ödənilmir. Digər bir məlumatda isə vurğulanır ki, Bərdə RİH-nin başçısı Vidadi İsayev yuxarıda qeyd etdiyimiz balıq göllərinə birbaşa özü nəzarət edir. Mənbəmiz daha sonra əlavə edir ki, icra başçısı bütün sənətləşdirməişlərini xidməti avtomobilini idarə edən qaynınin adına edib. Bu günlərdə Ekologiya Nazirliyinin keçirtdiyi reyd Vidadi İsayevə baha başa gəlib.

Növbəti yazılarımızda biləcəksiniz ki, Bərdə RİH-nin başçısı Vidadi İsayev yol idarəsi ilə əlbir olub dövlət 150.000(min) manatı necə mənimsəyib. Bizi izləməyi unutmayın.

DOSYE.ORG


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR