Maliyyə müdiri işləmək istəyənlərin diqqətinə: Maaş 1872 manat

12-06-2019, 10:50 438 dəfə baxılıb

Maliyyə müdiri işləmək istəyənlərin diqqətinə: Maaş 1872 manat

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin pilot olaraq tabeliyinə verilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs müvafiq maliyyə müdiri üzrə vakant yer elan edir.



Agentlikdən Moderator.az-a verilən məlumata görə, maraqlanan namizədlər CV-lərini 22 iyun tarixinədək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.



Namizəd ali təhsilli (İqtisadiyyat, maliyyə, maliyyə və kredit), maliyyə və mühasibat sahələrində 5 ildən az olmayan əmək stajı, minimum 2 il baş mühasib sahəsində əmək stajı olmalı, vergi, əmək və mülki məcəllələri və qüvvədə olan normativ-hüquqi aktları əla bilməlidir. Əməkhaqqı (vergi və digər tutulmalar daxil) 1872 manatdır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR