Abşeron rayon sakinləri “Azərsu ASC”in qarşısında etiraz aksiyası keçirdi-Video

14-06-2019, 12:09 30 dəfə baxılıb

Abşeron rayon sakinləri “Azərsu ASC”in qarşısında etiraz aksiyası keçirdi-Video



Susuz həyatda yaşamağı təsəvvür etmək belə olmur. Ta qədim zamanlarda köçəri həyat yaşayan qəbilə və tayfalar,yaşayış üçün məntəqə seçdikdə,hər zaman su olan ərazidə düşərgə salardılar. Bir sözlə desək su həm bitkilərə,həm heyvanlara və ən əsası isanlara vacib olan bir nemətdi. Dövlətimiz müstəqilliyi əldə etdikdən sonra bir çox şəhər,rayon və kəndlərdə içməli suyla insanları təmin etmək üçün,müxtəlif texniki avadanlıqlar quraşdıraraq əhalini su ilə təmin etmişdir.

Bu isə məsələnin tam həlli demək deyil. Ölkə əhalisinin sayı günü-gündən artır və belə olduğü təqdirdə yeni kənd və qəsəbələr salınmaqdadır. Məhz bunun üçündə ilk öncə su,işıq və qazın olması vacib şərtlərdən biridir. Düzünü desək bu gün yaşayıyış üçün müəyyən olunan ərazilərdə, qəsəbə və kəndlərin salınması düşünülməmiş formada salınır. Məlumdur ki,qəsəbə və kəndlər salındıqda ilk öncə oranın kommunikasiya sistemin, ( işıq,qaz və suyu ) təmin olunmalıdır.

Bəs görəsən bu belədirmi. DogruXeber.az informasiya agentliyinin redaksiyasına bu haqda çox saylı şikayət xarakterli məktublar daxil olmaqdadır. Həmin şikayətlərdən birini sizlərin diqqətinə çatdırırıq. Belə ki,Abşeron rayon Novxanı qəsəbəsi qurd dərəsi adlanan ərazidə yaşayan bir qurup sakinlər,”Azərsu ASC”-in qarşısına yığışaraq öz etirazlarını bildirmişdilər.

Sakinlərin sözlərinə görən bir neçə ildir ki,sudan əziyyət çəkirlər. “Dəfələrlə “Azərsu ASC”-nə müraciət etmişik, amma bizim müraciətlərimizə məhəl qoymurlar. Hətta yaşadığımız məntəqəyə çəkilən su borusunu da öz vəsaitimiz hesabına çəkdirmişik.” Çarəsiz durumda qalan sakinlər nə edəcəklərini bilmirlər. Qeyd edək ki,sakinlərin “Azəru ASC”-in qarşısında etiraz etdikləri vaxt, qurumdan iki sakini qəbul edərək məsələnin mahiyyətini öyrəniblər. Qəbulda olan sakinlər bildirib ki,qurumdan dedilər ki,sabah əraziyə mütəxəsislər gəlib məsələni yoluna qoyacaqlar.

Bu gün redaksiyamızla əlaqə saxlayan qəsəbə sakinləri bildirib ki,azərsudan bir qurup şəxs gəlib,bizə bildirdilər ki, əsas girişdən su nasosu qoyulmalıdır ki,nasos gücüylə suyun gəlməsi təmin olunsun. Əks halda su gəlməyəcək. İndi su nasosu yoxdur ki,əhali suyla təmin olunsun. Yerli sakinlərin sözlərinə görə aidiatı qurumlar məsələnin həllini bir-birilərinin üzərinə ataraq əhalini susuz qoyublar.

Ölkə Prezidentinin daxildə və xaricdə apardığı uğurlu siyasətə kölgə salan bir sıra dövlət qurumları var ki, onlarda biridə “Azəru ASC” dir. Bu sözləri deyən qəzəbli qəsəbə sakinləri,məsələ qısa müddət ərzində həll olunmadığı halda Prezident aparatının qarşısında aksiya edəcəklərini bildiriblər.

P.S. Düşünürük ki,hər bir halda “Azərsu ASC” ti əhalinin su ilə təmin etməlidir.

Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq:


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR