Bu gün Şuşada “3 donuz” kukla teatrı göstəriləcək... -Yadınıza həmsədrlər düşmədi ki?..

26-06-2019, 13:52 389 dəfə baxılıb

Bu gün Şuşada “3 donuz” kukla teatrı göstəriləcək... -Yadınıza həmsədrlər düşmədi ki?..


26 iyun 2019-cu ildə, Azərbaycanın Milli Ordu gününü qeyd etdiyi bir gündə 28-ci ildir ki, işğal altında qalan Şuşa şəhərimizdə erməni balaları üçün növbəti kukla teatr-tamaşası nümayiş etdiriləcək.

Xankəndidəki separatçı nəşrlərin yaydığı məlumata görə, bu gün saat 15:30-da Şuşadakı Mkrtç Xandəmiryan adına “dövlət” kukla teatrında “3 donuz” tamaşası nümayiş etdiriləcək.

P.S. Sizi bilmirəm, bizim yadımıza ATƏT-in Minsk Qrupunun 3 ölkədən – ABŞ, Rusiya və Fransadan olan həmsədrləri düşdü...

P.P.S. Dərindən düşünəndə son 25 ildə beynəlxalq təşkilat və iri dövlətlərin, əslində transmilli sələmçi, dələduz super güclərin rəhbərliyi(oxu: ssenarisi) əsasında aparılan Qarabağ danışıqları başımızı uşaq kimi qatan, uzaqda iplərlə, düymələrlə, nə bilim, sensorla idarə olunan kuklaları teatrından savayı bir çey deyil...

Sultan Laçın.moderator.az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR