Əli İnsanovun keçmiş "qara kassası" "mənzil baronu" rolunda... - İDDİA

18-07-2019, 14:35 41 dəfə baxılıb

Əli İnsanovun keçmiş "qara kassası" "mənzil baronu" rolunda... - İDDİA


Səhiyyə Nazirinin müavini Elsevər Ağayev səhiyyəni yox, turizm sahəsini dirçəldir.

Qlobal.az-ın əldə etdiy məlumata görə 1999-cu ildən Səhiyyə nazirinin müavini vəzifəsində işləyən Elsevər Ağayev nazirlikdə ən önəmli şəxs hesab olunur. Son 20 ildə Səhiyyə nazirliyinin strukturunun idarə edilməsindən, təyinatlardan, özəl klinikalara verilən lisenziyalardan tutmuş nazirliyin sifarişçisi olduğu tenderlərə qədər bütün sahələri Elsevər Ağayev bütünlüklə öz əlində cəmləşdirə bilib. Ölkəyə gətirilən dərman preparatlarının və digər tibbi ləvazimatların da böyük hissəsinə Elsəvər Ağayevin nəzarət etdiyi deyilir.

Qeyd edək ki, hər il dövlət büdcəsindən dərman pereparatlarının, sarğı və digər ləvazimatların, habelə inventarların alınmasına, tibb ocaqlarının təmir edilməsinə və tikilməsinə yüz milyonlarla vəsait ayrılır. Məlumatda qeyd olunur ki, nazir müavinin aylıq gəliri 10 milyon manatdan çoxdur. O, əldə etdiyi kapitalı özünəməxsus formada qoruyub saxlaya, inkişaf etdirə bilir. Belə ki, Elsevər Ağayev digər oliqarx məmurlardan fərqli olaraq kapitalını ticarət mərkəzlərinə, restoranlara yox, şəxsi mənzillərə, villalara yatırır.

İddia olunur ki, hazırda Bakı və turizm zonası olan rayonlarda E. Ağayevə məxsus fantastik sayda villa və mənzil var. Səhiyyə sistemindən kənar şəxslərin idarə etdiyi bu mənzil və villalar ölkəyə gələn iş adamlarına, turistlərə və ölkə universitetlərində təhsil alan xarici tələbələrə kirayə verilir. "Son zamanlar Azərbaycanda turizm sahəsinin inkişaf etməsi, ölkəyə çoxsaylı turistlərin gəlməsi "Mənzil baronu" Elsevər Ağayevin biznesinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərib”, - deyə əldə etdiyimiz məlumatda bildirilir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR