Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqların yarısı "ölü torpaq" sahələridir

19-07-2019, 15:05 380 dəfə baxılıb

Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqların yarısı "ölü torpaq" sahələridir

Azərbaycanda əkin sahələrin artırılmasının yeganə yolu "ölü torpaqlar”dan seçilmiş əraziləri əkinə cəlb etməkdir.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin nümayəndəsi Firudin Tağıyev bildirib.

Onun sözlərinə görə, sahələrin seçilməsi diqqətlə aparılmalıdır ki, bu, Azərbaycanda heyvandarlıq, xüsusilə də qoyunçuluğa təsir etməsin.

F. Tağıyev qeyd edib ki, ölkədə 4,8 mln. hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar var ki, onlardan 2,3 mln. hektarı da "ölü torpaq” sahələridir.

Nazirliyin digər rəsmisi İlqar İsmayılovun sözlərinə görə, hazırda Azərbaycanda ümumilikdə 8,3 mln. ədəd xırdabuynuzlu heyvan var ki, bunun da 7,6 mln-u qoyunların payına düşür və son 15 ildə bu göstərici 15% artıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR