Məhəllə parklarının ərazilərini “satışa“ çıxarıb - Eldar Əzizova ittiham

8-08-2019, 17:05 18 dəfə baxılıb

Məhəllə parklarının ərazilərini “satışa“ çıxarıb - Eldar Əzizova ittiham

Dövlətin vəsaiti hesabına təmir edilib əhalinin istifadəsinə verilən məhəllə parklarında fəaliyyət göstərən biznes subyektlərinin arxasında hansı məmurlar dayanır?

Son illər Bakı şəhərində müasir parkların salınması ilə yanaşı, ötən əsrin 70-80-ci illərində istifadəyə verilmiş məhəllə parkları da təmir edilir. Bu məqsədlə dövlət büdcəsindən müvafiq olaraq Bakı şəhər İcra Hakimiyyətinə milyonlarla vəsait ayrılıb. Elə təkcə ötən ilin yanvar ayının 5-də "Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağçalarda abadlıq, əsaslı təmir, yenidənqurma və abadlıq işləri" üçün Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə 11 milyon 500 min manat vəsait ayrılıb.

Maraqlıdır ki, dövlətin milyonlarla vəsait xərcləyib təmir etdirdiyi onsuzda kiçik olan məhəllə parklarının əraziləri sonradan hansısa məmurlar tərəfindən "özəlləşdirilir". Belə ki, həmin kiçik parklar sakinlərin istifadəsinə verildikdən bir müddət sonra həmin parklarda pullu xidmət göstərən uşaqlar üçün əyləncə atraksionları, minik maşınları "peyda" olur. Qiymətlər isə heç də özəl əyləncə mərkəzlərindəki qiymətlərdən fərqlənmir: günün isti vaxtları 10 dəqiqəsi 1 manat, axşam vaxtları isə 5 dəqiqəsi 1 manat. Valideynlərdən alınan pulların əvəzində isə heç bir qəbz verilmir.

Qlobal.az-ın əldə etdiyi məlumata görə daha çox kasıb kontingentin yaşadığı "xruşşovka məhəllələri"ndə olan parklarda digər narahatedici məqam isə parkın ərazisində fəaliyyət göstərən kafelərlə bağlıdır. Parklar yeni istifadəyə verilən zaman bu kafelər yalnız limonad və çay içkiləri satırdılarsa, indi, artıq növbənöv spirtli içkilər satırlar. Bu kafelərdə bişirilən kababların tüstüləri isə sakinlərin istirahətinə maneçilik yaradır. 130-180 manat pensiya alan insanlar nəvələrini yaşadıqları binaların qarşısındakı parklarda rahat, alnıaçıq gəzidrə bilmirlər.

Məhəllə parklarında olan problemlərdən biri də buranın işıqlandırılmaması ilə bağlıdır. Prezident İlham Əliyev cənabları da avqust ayının 1-də keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə paytaxt küçələrinin işıqlandırılmasında problemlərin olduğunu bildirdi.

Qlobal.az-ın əldə etdiyi məlumata görə məhəllə parklarında fəaliyyət göstərən biznes obyetlərinin arxasında Bakı Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri dayanır.

Məsələ ilə bağlı BŞİH-dən mövqe öyrənməyə çalışsaq da, qarşı tərəf bu barədə danışmaq istəmədi.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR