Ordumuzdan növbəti QƏLƏBƏ - Sərhəd Qoşunlarımız Qazaxda döyüş mövqelərini irəli çəkdi

13-08-2019, 21:51 920 dəfə baxılıb

Ordumuzdan növbəti QƏLƏBƏ - Sərhəd Qoşunlarımız Qazaxda döyüş mövqelərini irəli çəkdi



Azərbaycan-Ermənistan dövlət sərhədində son zamanlar Ermənistan Ordusunun həyata keçirdiyi təxribatlara cavab olaraq Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən ciddi tədbirlər həyata keçirilir.

“Azeri Defence”nin məlumatına görə, düşmənin Babakər dağı istiqamətində mövqelərini önə çəkmə cəhdlərinə qarşı DSX tərəfindən önləyici tədbirlər həyata keçirilib.

Belə ki, Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının ərazidəki bölmələri düşmən tərəfindən yeni mövqelərin ələ keçirilmə niyyətlərinə qarşı hərəkətə keçərək, sərhəd döyüş məntəqələrini bir sira istiqamətləridə daha irəli çəkməyə nail olublar. Sərhədçilərimiz tərəfindən tutulmuş yeni mövqelərdən düşmənin Ermənistan Respublikası ərazisindəki döyüş postlarına və bu postları birləşdirən yollara nəzarət imkanı əldə olunub.

Eləcə də düşmən tərəfindən əvvəllər atəş altına tutulan yaşayış məntəqələrinə olan təhlükə aradan qaldırılıb.

Bu barədə tərəfimizdən daha geniş material hazırlanır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR