Dövlət Komitəsindən “Torqovı” biabırçılığına REAKSİYA: - “Heç bir əxlaqa sığmır”

20-08-2019, 19:16 283 dəfə baxılıb

Dövlət Komitəsindən “Torqovı” biabırçılığına REAKSİYA: - “Heç bir əxlaqa sığmır”


Bakının "Torqovı" adlanan məkanında yaşananlar sosial şəbəkələrdə müzakirə olunmaqdadır..

Son illərdə ərəb turistlərin Bakıya axın etməsi yüngül əxlaqlı qadınların da işini yüngülləşdirib.

Belə ki, bir vaxtlar Dubaya üz tutan yüngül əxlaqlı qadınlar bu gün Bakının mərkəzində ərəb kişilərlə açıq şəkildə “sövdələşmə” aparmaqla məşğuldurlar.

Yüngül həyat tərzi sürən qadınlarla ərəb kişilərin “sövdələşməsi” məhz “Torqovı” adlanan məkanda gerçəkləşir.

Bu zaman ortaya çıxan iyrənc mənzərə yerli sakinlərin narazılığına səbəb olur. İnsanlar ailəsi ilə birgə həmin ərazidə rahat istirahət edə bilmirlər.

Hətta, tanınmış jurnalist Nəsimi Nəbizadə də daxili işlər naziri Vilayət Eyvazova müraciət edərək “Torqovı”da baş verən biabrçılığın aradan qaldırılmasını xahiş edib.

Bəs Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Torqovı”da “at oynadan” qadınlara qarşı hansı tədbirləri görməlidir?

Mövzu ilə bağlı Modern.az-a danışan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova deyir ki, bu cür hallar insan alveri, cinayət məsələsidir:

“Biz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq hər zaman qadınların gözünü açmağa çalışırıq ki, insan alverinin qurbanı olmasınlar. Bu cür əxlaqa zidd hərəkət etməsinlər. Nə özləri bu yola getsinlər, nə başqalarını bu işə cəlb etsinlər, nə də kimlərinsə qurbanına çevrilsinlər”.

Komitə rəsmisi bildirib ki, insanlar bir çox hallarda cəlbedici şeylərə qaçırlar:

“Sonradan da onun fəsadları üzə çıxır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Miqrasiya Xidməti ilə vaxtaşırı olaraq bu cür qadınlarla maarifləndirmə işləri aparır. Onları daha ayıq olmağa çağırırıq. Əvvəllər ictimai qınaq, çəkinmək, öz hərəkətlərinə nəzarət etmək vardı. Bu gün isə əksini görürük. Bu cür hərəkətlər heç bir əxlaqa sığmır. Sadəcə bunun formatını fikirləşməliyik. Bir məqamı da unutmamalıyıq. Bu qadınların çoxu ailədən gəlir. Hesab edirəm ki, bu işlərə ailədən başlamaq lazımdır”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR