“Sərnişinə “30 qəpik” gözü ilə baxırlar” – Plan doldurmaq üçün təhlüklə yaradan SÜRÜCÜLƏR

21-08-2019, 10:20 28 dəfə baxılıb

“Sərnişinə “30 qəpik” gözü ilə baxırlar” – Plan doldurmaq üçün təhlüklə yaradan SÜRÜCÜLƏR


Son vaxtlar avtobuslar ən təhlükəli nəqliyyat növünə çevrilib.

Həm paytaxt Bakıda, həm də regionlarda dəhşətli avtobus qəzalarının şahidi oluruq.

Məhz sərnişinə "30 qəpik" gözü ilə baxan və kart sisteminə keçməyən avtobusların sərnişin üçün yarışmaları, bir neçə dəqiqə biri o birindən qabağa düşməyə çalışması sonda qəzaların baş verməsinə səbəb olur.

Cebhe.info-ya açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı kart sisteminə keçməyən bir çox avtobus sürücülərinin sərnişinə “30 qəpik” gözü ilə yanaşdığını deyib:



“Həqiqətən də qanunsuz olaraq sərnişindaşıma fəaliyyətilə məşğul olan avtobus sürücüləri çoxdur. Hazırda texniki baxışdan keçməyən avtobusla xəttə çıxaraq pul qazanan nə qədər şirkət var. Sanki onların fəaliyyəti tam nəzarətsizdir. Düşünürəm ki, bu sahədə ciddi islahatlara ehtiyac var. Ciddi islahat dedikdə dövlət artıq bu işə əl qoyaraq avtobuslar gətirməyə başlayıb. Gələcəkdə bu sahədə müəyyən dəyişikliklər olacaq. Ancaq o dəyişikliklər olana qədər biz insanları qırğına verə bilmərik. Bununla bağlı istər Bakı Nəqliyyat Agentliyi, istərsə də Dövlət Yol Polisi ciddi tədbirlər həyata keçirməlidir ki, bu sürücülər nəzarətsiz olduqlarını düşünməsinlər.

Hesab edirəm ki, sərnişindaşımada kart və maaş sistemi nə zaman tətbiq olunacaqsa, onda bu problemlər aradan qalxacaq. Çünki bu sistemdə çalışan marşrutlarda çox nadir hallarda problemlər yaşanır. Digərlərinin də bu sistemə keçirilməsi sürətləndirilməlidir. Lakin bəzi daşıyıcı şirkətlər var ki, müəyyən şəxslərin və qrupların əlindədir ki, onlara hətta dövlət qrumları belə təsir göstərə bilmir.

Məsələn, bəzi daşıyıcı şirkətlər Qarabağ əlillərinin və şəhid ailələrinin əlindədir. Onlara təsir edirsən deyir “çörəyimə bais olursan”, eləmirsən başqa problemlər çıxır. Elə şəxslər də var ki, onların avtobuslarına heç kəs yaxın dura bilmir. Məhz həmin imtiyazlı şəxslərin sürücüləri digər sürücülərə də pis nümunə olur”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR