Kanada vətəndaşları Ağdamın Şelli kəndindəki ermənilər üçün su çəkdirir...

9-10-2019, 22:53 59 dəfə baxılıb

Kanada vətəndaşları Ağdamın Şelli kəndindəki  ermənilər üçün su çəkdirir...

Azərbaycan Respublikasının Ağdam rayonunun işğal altındakı “Uxtasar” adlandırılmış Şelli kəndinə yeni su kəməri çəkilir.

Moderator.az xəbər verir ki, bu haqda Xankəndidəki separatçı nəşrlər məlumat yayıb.

Məlumata görə, 1993-cü ildən bəri içməli su, eləcə də suvarma suyu ilə bağlı ciddi problemlər yaşanan kənddə sülənən ermənilər üçün yeni su kəməri ümumerməni “Hayastan” fondunun Kanadanın Toronto şəhərində fəaliyyət göstərən filialının həmin ölkənin vətəndaşları olan fəalları maliyyələşdirir.

Qeyd edək ki, bir müddət öncə Moderator.az Rusiya mediasına istinadla Şelli kəndində yallanan ermənilərin dilənçi durumundan bəhs edib(bax:https://www.moderator.az/news/281957.html)

Xatırladaq ki, 1988-1993-cü illərdə Ağdamın Şelli kəndi uğrundakı döyüşlərdə onlarla oğul-qızımız şəhid olub və yaralanıb.

Allah rəhmət eləsin!..


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR