Laçında erməni polis maşını və bahalı avtomobillər görüntüləndi...

3-12-2019, 22:00 117 dəfə baxılıb

Laçında erməni polis maşını və bahalı avtomobillər görüntüləndi...

Müstəqil(!) Azərbaycan Respublikasının işğal altındakı Laçın rayon mərkəzində vaxtilə "poçtun kruqu"(“poçt dairəsi”) deyilən məkanda sülənən ermənilərin “yol polisi” avtomobili və digər bahalı xarici markalı maşınlarının görüntüləndiyi foto yayılıb.

Moderator.az xəbər verir ki, həmin təsviri sosial şəbəkədə bəhs edilən rayondan didərgin olan Pərviz Məlik Laçın adlı istifadəçi paylaşıb.

Qeyd edək ki, sözügedən məkan Xankəndi-Şuşa-Gorus və Laçın-Qubadlı-Füzuli-Bakı avtomobil yollarının kəsişdiyi dairə olmaqla hər iki istiqamətdə rayon mərkəzinin giriş-çıxışıdır...

P.S. Görüntülərdən bir daha bəlli olur ki, “acından ölən” ermənilər işğal altındakı torpaqlarda, özü də dəniz səviyyəsindən1500-2000 metr yüksəklikdə yerləşən, yəni relyef və iqlim baxımından yaşayış şərtləri çətin olan dağlıq bir ərazidə heç də bizlərin, o cümlədən qaçqın və məcburi köçkünlərin Bakıda, Sumqayıtda, Gəncədə, Şəkidə, Bərdədə dolandığımızdan pis dolanmırlar....


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR