"Lombard Məlahət" baş redaktorun həbsi üçün yenidən məhkəməyə müraciət etdi

3-12-2019, 15:06 379 dəfə baxılıb

"Lombard Məlahət" baş redaktorun həbsi üçün yenidən məhkəməyə müraciət etdi

"Lombard N:1”in sahibi Məlahət Moşu qızı Qurbanova Criminal.az saytının baş redaktoru Anar Məmmədova qarşı yenidən xüsusi ittiham qaydasında şikayət verib.


M.Qurbanova xüsusi ittiham qaydasında şikayətində barəsində Criminal.az saytında dərc edilmiş yazıda "Lombard Məlahət" kimi xəbər başlığının verilməsini həm böhtan, həm də təhqir hesab edib. Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun icraaatında ilkin hazırlıq iclası keçirilib.


Hakim baş redaktorun qeydiyyat ünvanının Yasamal rayonuna olmadığından, şikayəti geri qaytarıb.


Xatırladaq ki, M.Qurbanova oktyabrın sonlarında da A.Məmmədova qarşı Yasamal rayon Məhkəməsinə xüsusi ittiham qaydasında iddia qaldırmışdı. Hakim Murad Məmmədovun icraatında baxılan xüsusi ittiham icraata qəbul edilməmişdi.


Məlahət Qurbanovanın təhqir və böhtan hesab etdiyi yazılar:


Xatırladaq ki, M.Qurnabova Yasamal rayon Məhkəməsində Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə iki dəfə xüsusi ittiham qaydasında iddia qaldırıb.



M.Qurbanova iddiasında göstərib ki, A.Məmmədov şəxsi-qərəzlik məqsədi ilə onun işgüzar nüfuzuna və imicinə ləkə gətirən, şərəf və ləyaqətinə toxunan, cəmiyyət arasında nüfuzdan salan böhtan xarakterli məlumatı Criminal.az saytında guya "Lombard Məlahət" tanınmağı barədə böhtan və təhqiredici məlumat yayıb. İddiaçı şikayətində göstərib ki, özü heç bir lombard fəaliyyəti ilə məşğul deyil, belə bir fəaliyyət növü ilə məşğul olmaq üçün qeydiyyatda da deyil.


"Anar Məmmədov həmin yazısında "Məlahət" MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsində xəlvəti olaraq qanunsuz çıxarış almış Ələkbərov Fizulini müdafiə etmək və bununla da, məhkəmədə baxılan həmin mülki iş üzrə qərar qəbul edilməsinə təsir etmək məqsədi güdüb. Ona görə də, Anar Məmmədovun Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair ittihamedici qərar çıxarasınız"-deyə M.Qurbanova iddiasında qeyd edib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR