“Xəstəxanaya yerləşdirilən” Abel Məhərrəmov: - “Hazırda səhər idmanı edirəm”

12-02-2020, 12:43 19 dəfə baxılıb

“Xəstəxanaya yerləşdirilən” Abel Məhərrəmov: - “Hazırda səhər idmanı edirəm”

“Mən hazırda səhər idmanı edirəm”.

Bunu Modern.az-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, universitetin Üzvi kimya kafedrasının müdiri Abel Məhərrəmov səhhətində ciddi problem yarandığı ilə bağlı məlumatlara aydınlıq gətirərkən bildirib.

A.Məhərrəmov yazılanların yalan olduğunu vurğulayıb:

“Nəyi niyə yazırlar özləri bilərlər. Amma mən hazırda idmandayam və idmanı bitirib işə gedəcəyəm”.

Qeyd edək ki, bəzi KİV-lərdə verilən məlumata görə, A.Məhərrəmov ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ürəyin fraksiyası aşağı olduğundan təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Bir gün reanimasiya şöbəsində həkim nəzarətində saxlanıldıqdan sonra bu gün normal palataya köçürülüb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR