35 saylı Xətai üçüncü seçki dairəsində nəticələr ləğv olunub

13-02-2020, 17:26 33 dəfə baxılıb

35 saylı Xətai üçüncü seçki dairəsində nəticələr ləğv olunub

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən icasında 35 saylı Xətai üçüncü sekçi dairəsində də parlament seçkilərinin nəticələrini ləğv edib.

Xezerxeber.az-ın məlumatına görə, iclasda bildirilib ki, araşdırmalar zamanı həmin seçki dairəsi üzrə pozuntuların baş verdiyi müəyyən edilib və bu nöqsanlar həmin dairə üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallardır.

İclasda həmin dairə üzrə seçkinin nəticələrinin ləğv edilməsi təklif olunub və təklif səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Abbasov Rauf Arif oğludur.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR