Moskva univermağında dələduzluq:xarici ölkə sahibkarı necə aldadılır-ŞİKAYƏT

15-03-2020, 14:00 196 dəfə baxılıb

Moskva univermağında dələduzluq:xarici ölkə sahibkarı necə aldadılır-ŞİKAYƏT


Yasamal rayonu ,Nizami küçəsi 31-də yaşayan,
Sabunçu rayonu,Zabrat qəsəbəsi, Məhəllə 27, ev 13-də,
müvəqqəti qeydiyyatda olan
Gürcüstan vətəndaşı Nevrestan Surmanidze Azerinfo.tv vasitəsilə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Cənab Mirqafar Seyidova müraciət ünvanlayıb.
Həmin müraciəti olduğu kimi dərc edirik:


“Yazıb Sizə Bildirirəm ki, mən Bakıya xırda antekvar mallarınsatışı ilə məşğulam. 2019-cu il noyabr ayında Moskva Univermağına qədim , gümüş suyuna salıınmış 2 vaza və bir qab satmaq üçün apardım.Gümüş suyuna salınmış bu qabların ümumilikdə qiyməti 4500 dollar dəyərindədir.Mən bu qabları Moskva Univermağında işləyəntanışım Məmmədov Alim adlı şəxsə verdim.Onun Univermaqda yeri var, orada qızıl və digər əşyalar satır. O mənə mallarımı satıb pulunu verəcəyini vəd etdi. Alimin Vüsal adlı oğlu da orada işləyir.Onun Univermaqda Lombardı var. O orada qızıl satır. Vüsal (Tel: 050 711 44 44) məndə başqa gümüş qabların olduğunu bildikdə 06.01.2020 –ci iltarixdə Vüsal dostu Seymurla birlikdə maşınla yanıma, Nizami 31 də yerləşən tanışıma məxsus mağazaya gəldi.Orada saxladığım , mənə məxsus gümüş 9.500 kq 17 min dollar dəyərində olan ,lakin 15 min dollara razılaşaraq gəlib mağazadan apardılar. Seymuru isə Vüsal dostunun oğlu kimi mənə təqdim etdi. Bir neçə gündən sonra mən onları görmədim. Amma eşitdim ki, o mənim mallarımı hansısa lombarda 6 min dollara girov qoyaraq pul götürüb. Mən onun atasına məsələni dedim.Atası dedi ki, narahat olma , o pullara mən cavabdehəm. Lakin nə atası nə də oğlu mənim mallarımı vermək fikrində deyillər.
Vüsal deyir ki, mənim burada adamlarım çoxdur.Sən mənə heç nə edə bilməzsən.Get hara istəyirsən şikayət et. Mən də deyəcəyəm ki, mən səndən heç nə almamışam. Lazım gəlsə üzünə beş adam keçirəcəyəm ki, sən mənə pul borclusan. Sonradan mən eşitdim ki, Alim və oğlu çox adama qarşı dələduzluq edib.Onlarla bağlı 19 cu polisbölməsində şikayətlər var.
Hörmətli Mirqafar Seyidov!!!
Mən Azərbaycan qanunlarına güvənirəm. Xahiş edirəm ki,məni aldadaraq mallarımı mənimsəyən Alim ,Vüsal və Seymurdan mallarımın alınıb mənə qaytarılmasına kömək edin!!!

İmza: Nevrestan Surmanidze”


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR