Ramil Usubov işdən çıxarılan rəis müavinə yenidən vəzifə verdi - ƏMR

10-12-2018, 17:03 105 dəfə baxılıb

Ramil Usubov işdən çıxarılan rəis müavinə yenidən vəzifə verdi - ƏMR

Daxili İşlər naziri Ramil Usubov işdən çıxarılan rəis müavinə vəzifə verib.

Ramil Usubovun müvafiq əmri ilə Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Əfqan Qurbanov Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) Pasport və Qeydiyyat şöbəsinə rəis təyin edilib.

Xəbəri Daxili İşlər Nazirliyindən təsdiqləyiblər.

Qeyd edək ki, bir neçə gün öncə Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavinləri - şəxsi heyətlə iş üzrə köməkçi, rəis müavini polis polkovnik-leytenantı Ərşad Əhmədov, xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Əfqan Qurbanov tutduqları vəzifədən azad edilmişdi.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR