Qanunu bilməyən yol polisi və onu çətin vəziyyətə salan motosikletçi-VİDEO

21-08-2019, 21:12 517 dəfə baxılıb

Qanunu bilməyən yol polisi və onu çətin vəziyyətə salan motosikletçi-VİDEO

Sosial şəbəkələrin birində bir motosiklet sürücüsü tərəfindən maraqlı video paylaşılıb.

Sürücü YPX əməkdaşının haqqlı və ya haqqsız olmasını soruşur. Bu maraqlı dialoqun nəticəsində məlum olur ki, polis baş serjantı Hümbətov İlqar İlham oğlunun qanundan xəbəri yoxdur. Azerinfo.tv həmin videonu təqdim edir. Aşağıda qısaca inpektorun səhvlərini qeyd edirik.


İnspektorun səhvləri:

1. İddia edir ki, "Motosikletin hərəkəti qadağandır yol nişanı yoxdur".
Cavab: Qadağan nişanlarında 3.5 "Motosikletlərin hərəkəti qadağandır" nişanı var.

2. İddia edir ki, "Şəhərin mərkəzində motosiklet sürmək olmaz".
Cavab: Qanunda elə bir maddə yoxdur.

3. DYP əməkdaşı Yol-patrul xidməti haqqında Təlimatın tələblərini pozur. Belə ki, inspektor sürücüyə özünü təqdim edərkən, xidməti vəsiqəsini GÖSTƏRMƏMƏKLƏ «Polis haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 3-cü bəndinin tələbini tam icra etmir.

4.QOST (P41.41-2001) standartında göstərilən dB (desibel) limitini səhv deyir. (3.5 nişanından xəbəri olmayan əməkdaşın QOST-da göstərilən limitə (80) yaxın bir rəqəm söyləməsi (81) açığı məni təəcübləndirdi :) )

5. YPX əməkdaşı məsafədən səs ötürən mikrofondan istifadə etmir. Bəlkədə xidmətə cihazsız çıxıb!

Təbii ki, YPX əməkdaşının istənilən qanuni əmrinə tabe olmaq hər bir sürücünün borcudur. Lakin, videodanda açıq aydın görünür ki, polis baş serjantı Hümbətov nə QOST standartı, nədə yol hərəkəti nişanlarını düzgün bilmir. Təsəvvür edirsiniz ki, yol polisi sadə bir nişanın varlığından xəbərsizdir? Məqsədim məsələyə öz fikrimi bildirmək və marifləndirmə aparmaq idi :)

QEYD: Videonun 7:01-ci saniyəsində "175 db-dən" sözü montaj xətasıdır. Əslində "175 kub sm'dən" olmalı idi.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR