Vətəndaş Ədliyyə nazirinə minnətdarlıq etdi-Belə hakimləri qorumaq lazımdır

11-09-2019, 14:28 625 dəfə baxılıb

Vətəndaş Ədliyyə nazirinə minnətdarlıq etdi-Belə hakimləri qorumaq lazımdır




Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkənin hüquq sistemində köklü islahatlar aparılmışdır. Azərbaycan xalqının milli, mədəni və tarixi ənənələrinə söykənərək həqiqi demokratik cəmiyyət yaradılmasına xidmət edən bu islahatlar ilk növbədə insan hüquqlarının daha etibarlı təmin edilməsinə yönəlmişdir. Ölkənin 1995-ci ildə demokratik dəyərlər və prinsiplərə uyğun hazırlanmış və ümumxalq səsverməsi ilə qəbul edilmiş ilk demokratik Konstitusiyasının müddəalarının üçdə biri insan hüquq və azadlıqlarına həsr edilmiş, hakimiyyət bölgüsü prinsipi təsbit edilmişdir. Beynəlxalq ekspertlər tərəfindən dünyanın demokratik konstitusiyalarından biri kimi qiymətləndirilən bu Konstitusiya Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməlini qoymuş, hüquqi islahatların aparılmasına zəmin yaratmışdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə aparılmış məhkəmə-hüquq islahatı nəticəsində keçmiş sovetlər birliyindən miras qalmış ölkənin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulmuşdur.

İslahatlara uyğun olaraq yeni mütərəqqi qanunlar, o cümlədən "Konstitusiya məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və digər qanunlar, əvvəlkilərdən prinsipcə köklü surətdə fərqlənən Mülki və Mülki-Prosessual, Cinayət və Cinayət-Prosessual, Cəzaların İcrası və s. məcəllələr qəbul edilmişdir. Bütün bu qanunlar demokratik prinsiplər və beynəlxalq hüquq normalarının tələblərinə uyğun hazırlanmış və beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilmişdir.

Hüquq sisteminin islahatı nəticəsində ölkədə birinci instansiya, apellyasiya və kassasiya instansiyalarından ibarət yeni 3 pilləli müstəqil məhkəmə sistemi yaradılmışdır.

Ölkəmizdə məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin görülməsi daim gündəmdə saxlanılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən məhkəmə sisteminin müasirləşdirilməsi barədə 19 yanvar 2006-cı il tarixli Fərman imzalanmış, məhkəmə islahatı keyfiyyətcə yeni mərhələyə keçmişdir.

Son illər ədalət mühakiməsinin səmərəliliyinin artırılması, əhalinin məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması və ölkənin regionlarının inkişafı məqsədilə yeni məhkəmələr, o cümlədən regionlarda yeni apellyasiya məhkəmələri yaradılmış, hakimlərin sayı 2 dəfə artırılmış, məhkəmə aparatlarının strukturu təkmilləşdirilmişdir. Ədliyyə Akademiyası yaradılaraq fəaliyyətə başlamışdır.



Azerinfo.tv xəbər verir ki, məhkəmələrin işə ədalətlə baxması vətəndaşların dövlətə olan inamını artırır. Bu gün hətta Avropaya örnək ola biləcək hakimlərimiz var. Onlardan bir haqda redaksiyamıza məlumat daxil olub.

Yasamal rayonu, 11-ci Xrebtovı küçəsi ev 110 –dayaşayan Məmmədov Fəxrəddin Əsgər oğlu saytımız vasitəsilə Əsliyyə naziri Fikrət Məmmədova təşəkkür məktubu ünvanlayıb. Həmin məktubbu olduğu kimi dərc edirik:

Vətəndaş Ədliyyə nazirinə minnətdarlıq etdi-Belə hakimləri qorumaq lazımdır



“Minnətdarlıq

Hörmətlin Cənab nazir Fikrət Məmmədov!!!

Yazıb Sizə Bildirirəm ki, problemimlə bağlı 1 saylı Bakı İnzibati –İqtisad Məhkəməsinə müraciət etdim. İşim 1 saylı İnzibati- İqtisadi Məhkəməsinin hakimi Məmmədov Elçin Qüdrət oğlunun icraatında idi.
Mən onun yüksək mədəniyyətinə, savadına, insanlarla səmimi münasibətinə heyran oldum. İnana bilmədimki, belə hakimlərimiz də var!!! Mənə önəmli deyil onun mənim xeyrimə ya ziyanıma çıxardacağı qərar. Əsas odur ki, Dövləti təmsil edən , Ədliyyə Nazirliyiniin adını üca tutan şəxs Elçin Məmmədov tək mənə deyil digər şəxslərlə də heç kəsə fərq qoymadan eyni münasibətdəidi.Onun vətəndaşlarla səmimi münasibəti məni çox sevindirdi. Açığı mən heç bir hakimin belə səmimi münasibətinə rast gəlməmişdim.

Hörmətli Nazir!!!
Mən hal-hazırda şəkər xəstəsiyəm.Şəkərdən gözlərim tutulub.Mənə önəmli deyil Elçin Məmmədovun mənim üçün çıxartdığı qərar. Mənə önəmli onun vətəndaşlarla insani münasibətidir.Var olun ,cənab Nazir!!! Belə hakimlər qorumq lazımdır!!! Ən azından dövlətəin ,Ədliyyə Nazirliyini təmsil edib ,onun adını uca tutmaqla oturduğu kresloya hörmətlə yanaşdığına görə!!!

Var olun, sağ olun, cənab Nazir!!! Allah Sizə yardımçı olsun!!!

Fəxrəddin Məmmədov”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR