Saxta vəsiyyətnamə ilə qərar çıxaran hakimlərdən prezidentə ŞİKAYƏT

5-12-2019, 00:50 407 dəfə baxılıb

Saxta vəsiyyətnamə ilə qərar çıxaran hakimlərdən prezidentə ŞİKAYƏT

Məhkəmə sistemi hakimiyyətin bir qolu olaraq ədalətə söykənir. Hüquq elmi də bu cür deyir. Konkret ifadə etsək, məhkəmə ədalətlə birgə dövlətin özü və siması deməkdir. Nəhayət, məhkəmə dövlət quruluşunun hansı qayda və qanunlar üzərində dayandığını göstərən güzgüdür. Bir dövlətin mahiyyəti haqda bilgi toplamaq istəyirsənsə, onun məhkəmə sisteminə baxmaq kifayətdir. Bununla həmin dövlətin dünyəvilik prinsiplərinə nə dərəcədə sadiq olduğunu öyrənmək mümkündür.

Müstəqilliyini elan etmiş bütün ölkələrdə hökumət formalaşarkən ədliyyə sisteminin - məhkəmə strukturlarının yaradılması digər təsisatlarla müqayisədə ön planda dayanmışdır.



Bizdə isə əksinə, ədliyyə sistemində təmsil olunan əksər hakimlər sanki qanunu tapdalamaqda,ədalətsiz , yanlış, qərəzli qəralar çıxarmaqda yarışa giriblər.

Redaksiyaya bu mövzuda daxil olan şikayətlərə baxanda heyrətlənməmək olmur.

Korrupsiya.org-a şikayət ünvanlayan Məmmədov (hazırda Şafner-red) Rüstəm İntiqam oğlunun məktubu bu qəbildəndir.





Varis



Şikayətçi bildirir ki, uzun müddət Almaniyada yaşayıb. 2015-ci ildə Bakıya qayıdanda qohumlarından öyrənir ki, babası Rüstəmov Mirzə Ağa Qafar oğlu əmlakını ona vəsiyyət edib. Elə həmin ildə vəsiyyətnamənin dəyişib-dəyişmədiyini öyrənmək üçün Ədliyyə Nazirliyinin Dövlət Notarial Arxivinə bu vəsiyyətnamənin “ dəyişdirilməsi və yaxud ləğv edilməsinin yoxlanılması barədə” sorğu göndərir.

07 avqust, 2015-ci ildə Arxivin rəis vəzifəsini icra edən Fuad Əkbərovun imzası ilə ona cavab verilir :

“ Bakı şəhəri, 16 saylı dövlət notarial kontorunda , 22 yanvar, 1998-ci ildə , 2 B/-17 reyest nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməməsinin yoxlanılması barədə Dövlət Notarial Arxivinə daxil olmuş müraciətə baxılmışdır.

Bildiririk ki, həmin vəsiyyətnamənin 07.08.2015-ci ilədək dəyişdirilməsi baradə arxivə məlumat daxil olmamışdır.”



Foto-R.Məmmədovun adına verilmiş həqiqi vəsiyyətnamə
Saxta vəsiyyətnamə ilə qərar çıxaran hakimlərdən prezidentə ŞİKAYƏT


Elə həmin il Rüstəm Məmmədova məlum olur ki, xalası Rüstəmova Şahnaz Mirzə Ağa qızı babasının ona miras qoyduğu bütün əmlakı ələ keçirib.

Almaniyadakı sərt ,lakin ədalətli məhkəmə sistemini görən Məmmədov elə bilir ki, Azərbaycanda da elədi. Hər şeyi qanuni yolla həll etməyə çalışır.

Müxtəlif instansiyalara müraciət edərək bütün lazımı sənədlərin surətini sorğu yolu ilə götürür.

Dəlilləri əldə etdikdən sonra o Sabunçu Rayon Məhkəməsində xalası Rüstəmova Şahnaz Mirzə Ağa qızına qarşı “Qanun üzrə vərəsəlik şəhadətnaməsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi,ləyaqətsiz vərəsə hesab edilmə, vərəsəliyin müəyyən edilməsi,tələbləri ilə iddia qaldırır.



Həmin iş Sabunçu Rayon Məhkəməsində hakim İmran Burcayevin icraatına verilir.

İmran Burcayev məsələyə obyektiv yanaşaraq Ədliyyə Nazirliyinin Dövlət Notarial Kontoruna sorğu verir.

30 oktyabr ,2018-ci il tarixdə məhkəmənin sorğusuna Dövlət Notarial Arxivinin baş məsləhətçisi Sərdar Şərifovun imzası ilə cavab verilir.

Həmin cavabda ədliyyə məmuru Rüstəmov Mirzə Ağa Qafar oğlu tərəfindən Bakı şəhəri, Maştağa qəsəbəsi, Xanlar küçəsi, döngə 2, ev 4 ünvanına və Sabunçu rayon , Vişnyovka (Alnalılıq) baş massivində yerləşən ,673 saylı bağ sahəsinə dair vəsiyyətnamənin Məmmədov Rüstəm İntiqam oğluna vəsiyyət edildiyini təsdiqləyir.

Məhkəmə şikayətçinin tələbini sonda təmin edir. Və əmlakın Məmmədov Rüstəm İntiqam oğluna verilməsi haqda qərar çıxarır.



Qırmızı lentli “sübut”



Qarşı tərəf bu qərarla razılaşmır və Apelyasiya Məhkəməsinə şikayət verir.

Ən maraqlı və məhkəmə adına utanc gətirən hadisələr bundan sonra başlayır.

Məhkəmə işi Apelyasiya Məhkəməsinin hakimi Rəfael Eyvazovun icraatına verilir.

4 proses keçirilir:

16 aprel 2019-cu il
07 may
21 may
29 may...


Sonuncu proses ərəfəsində qəfildən məhkəmə qarşı tərəfin də “vəsiyyətnaməsini” ortalığa qoyur. Guya rəhmətlik Mirzə Ağa kişi onlara da vəsiyyətnamə verib.

Qırmızı lentlə bağlanmış vəsiyyətnamə təqdim ediləndə Rüstəm Məmmədovun nümayəndsəsi onunla tanış olmaq istəyir. Buna ixtiyarı da var idi. Məhkəməyə təqdim olunan qırmızı lentli “vəsiyyətnamə”də nə yazılıb, nə var-bunları öyrənmək ,baxmaq haqqını hakim R.Eyvazov tanımır.

Dərhal qərar qəbul edir. Sabunçu Rayon Məhkəməsinin qərarını ləğv edərək Şahnaz Rüstəmovanın iddiasını təmin edir.

Ortalığa maraqlı sual çıxır- əgər belə bir vəsiyyətnamə var idisə niyə qarşı tərəf onu birinci məhkəmədə, Sabunçuda keçirilən prosesdə təqdim etməmişdi?

Diğər tərəfdən Sabunçu Məhkəməsi Arxiv İdarəsinə sorğu verəndə Şahnaz Rüstəmova ilə bağlı vəsiyyətnamənin olması barədə heç bir məlumat , cavab verilməmişdi.

Hakim də qanunları pozaraq dəlillərlə tanış olmağa icazə vermədi.

Yalnız Məhkəmə Hüquq Şurasaına müraciətdən sonra hakim Eyvazov nəhayət ki, şikayətçiyə qırmızı lentli “vəsiyyətnamə” ilə tanış olmağa imkan yaradır.

Sənədə baxanda hakimin çabası aydın olur. “Vəsiyyətnamə” saxta idi.

İmzalar saxta, möhürlər saxta, 2 ayrı-ayrı vəsiyyətnamə. Sənədlərdəki şriftlər belə fərqlənirdi.

Sənədin saxta olduğunu görmək üçün xüsusi ekspertizaya da ehtiyac yox idi. O qədər naşı və kobud səhvlər vardı lki, o saat nəzərə çarpırdı.



Rüstəm Məmmədov hakim R.Eyvazovun məqsədli çıxardığı qərarın ləğv edilib Apelyasiya Məhkəməsinə qaytarılması üçün Ali Məhkəməyə Kasasiya şikayəti verir.

Eyni zamanda Sabunçu Prokurorluğuna müraciət edərək qarşı tərəfin məhkəməyə saxta sənədlər təqdim etdiyinə görə şikayət ərizəsi verir.

Paralel olaraq həmin saxta vəsiyyətnamənin ləğvi üçün Sabunçu Məhkəməsində iddia qaldırır.

Sabunçu Məhkəməsində “vərəsəlik şəhadətnaməsinin ləğvi edilməsi barədə iş hakim Zaur Hacıyevin icraatına verilir.

Hazırlıq iclası keçirilir.

Eyni zamanda Ali Məhkəməyə müraciət edilir ki, işin baxılması Sabunçu Məhkəməsində yekunlaşanacan Ali Məhkəmədə baxılması təxirə salınsın.

Lakin 03 dekabr, 2019-cu il tarixdə Ali Məhkəmənin hakimi Gündüz Quliyev Rüstəm Məmmədov tərəfin təqdim etdiyi tutarlı sübutlara əhəmiyyət verməyərək prosesi təxirə salmağı rədd edir.

Şikayətçi deyir ki, hakimin qarşı tərəflə anlaşdığı baradə bizə əvvəlcədən məlumat daxil olmuşdu.Ona görə son prosesdən öncə Məhkəmə Hüquq Şurasına müraciət etdik və prosesə nümayəndələrinin göndərilmələrini xahiş etdik.

Ancaq bu nəticəyə təsir etmədi. Deyilənlər düz çıxır. Məhkəmə hakimi təqdim edilən faktlara baxmadan qərar çıxarır. İşi Şahnaz Rüstəmovanın lehinə “həll edir.







Saxta vəsiyyətnamə ilə qərar çıxaran hakimlərdən prezidentə ŞİKAYƏT



FOTODA-saxta vəsiyyətnamələr- fikir verin, şriftlər fərqli, imzalar saxta, birində möhür və imza var, diğərində yox.




Saxta vəsiyyətnamə ilə qərar çıxaran hakimlərdən prezidentə ŞİKAYƏT




Müraciət



Hazırda Rüstəm Məmmədov Azərbaycan prezidenti İlham Əliyevə müracət hazırlayıb. O cümlədən səlahiyyətli instansiyalara. Qanuna zidd qərarların qəbulu hakimin və son hesabla məhkəmənin vicdanına düşən silinməz qara ləkədir.

Axı çıxarılan hökmlər və qərarlar dövlət adından olduğuna görə ədalət mühakiməsini müdaxilələrin qurbanına çevirmək, sifarişin və göstərişin əsirinə döndərmək olmaz.

Əsliyyə Nazirliyinin Dövlət Dövlət Notarial Arxivindən sorğu ilə iki cavab alınıb. İkisində də həqiqi vəsiyyətnamənin Rüstəm Məmmədova aid olması təsdiqlənib. Məğər dövlət məmurlarının rəsmi cavabı böş bir şeydir? Elədirsə onları ləğv edin.



Belə olduğu halda üstünə qırmızı lent vurulmuş saxta vəsiyyətnamə təqdim edən şəxslər lehinə hakimlər necə qərar verə bilər? Niyə ekspertiza təyin edilmir, saxta möhür və imzaları adi gözlə sezmək olur bu saxta sənəddə.

Ən əsası, heç bir vəsiyyətnamə qılrmızı lentlə bəzədilmir.

Bu cür ədalətlə,məhkəmə sistemi ilə heç bir inkişafdan söhbət gedə bilməz.

Cənab prezident belə hallarla mübarizə aparmağı və onu məlumatlandırmağı deyib. Biz də edirik.

Məsələ ilə bağlı araşdırmamız davam edəcək.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR