Imişli Prokurorluğundan qəribə addım:bıçaqlanan gənc tutulub, bıçaqlayanlar azadlıqdadır-VİDEO

12-01-2020, 23:00 934 dəfə baxılıb

Imişli Prokurorluğundan qəribə addım:bıçaqlanan gənc tutulub, bıçaqlayanlar azadlıqdadır-VİDEO


Bir neçə ay əvvəl Azərbaycan Respublikasının Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bölgə müşavirələrində aparılmış müzakirələrin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdii.
Müşavirədə məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirmişdi ki,, vətəndaşları narahat edən məsələlərin həllinə diqqət və həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının və məmurunun mühüm vəzifələrindən olması barədə Prezident cənab İlham Əliyevin tələbləri rəhbər tutularaq müraciətlərin obyektiv araşdırılması, vətəndaşların mütəmadi olaraq qəbullarının keçirilməsi daim diqqət mərkəzində saxlanılmış, şikayətləri doğuran səbəblərin aradan qaldırılmasına, qanunauyğun, ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilmişdir.
Vətəndaş müraciətləri üzrə natamam və qeyri-obyektiv yoxlamalar aparılması, süründürməçilik hallarına yol verilməsi, əsassız qərarlar qəbul edilməsi, vətəndaşlara müraciətləri üzrə formal və səthi cavabların verilməsi, qəbullarının keçirilməsi qaydalarının pozulması kimi hallara yol verilməməsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin daha da təkmilləşdirilməsi, yeni informasiya texnologiyalarının imkanlarından daha geniş istifadə edilməsi bütün struktur qurumların rəhbərləri və tabe prokurorlardan tələb olunmuşdur.
Ancaq İmişli Rayon Prokurorluğunda deyəsən bu müşavirədən və orda söylənənlərdən, tapşırıqlardan xəbərsizdirlər.
Hər halda korrupsiya.org-a edilən müraciət və şikayətlərdən belə anlaşılır.
Şikayətçı həm də zərçəkmiş şəxs olan, İmişli rayonu , Qulubəyli kənd sakini Astanov Füzuli Surxay oğlu yazır ki, 13.04.2019-cu ildə ,saat 23 radələrində oğlu Anar Surxayzadəni evdən çağırıblar. O oğlu ilə birgə Umudvar Məmmədov, Emin Məmmədov və Canəli Şirəliyevlə qoşularaq Araz çayının kənarına gəlir. Burada həmin 3 nəfər Anar Surxayzadəni və atasını vəhşicəsinə döyürlər. Ürəkləri soyumur, Anar Surxayzadəyə 4 bıçaq zərbəsi vururlar.
Gəncin öldüyünü zənn edərək hadisə yerindən uzaqlaşırlar.
Möhkəm əzilmiş ata yoldan keçən maşınlardan kömək istəyir, polisə, təcili tibbi yardıma xəbər verilir. Xəstəxanaya çatdırılan Anarın həyatı xilas edilir.
Anar Surxayzadənin döş qəfəsinin hər hər iki səthinin boşluğa keçən kəsilmiş-deşilmiş xəsarət yetirilməsi faktı üzrə İmişli RPŞ-nin İB-də 14.04.2019-cu ildə cinayət işi başlanılır.

Umudvar Məmmədov AR CM-nin 126.1 maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilıir.
Ancaq həbs edilmir..
Nə o, nə də o biri iki nəfər nəinki həbs edilmir, hətta azadlıqda əllərin-qolların sallayaraq gəzir. Polis və prokurorluq işçilərinin yanında açıq-aşkar Füzuli Astanovu təhdid edirlər ki, bilsəydik şikayət edəcəksən,başını kəsərdik.





Anar Surxayzadənin aldığı bıçaq zərbələrinin sayı və xarakteri onu göstərir ki, onu bıçaqlayan şəxslər əvvəlcədən aralarında razılaşdırılmaqla onu öldürmək istəyiblər.
Bu faktıln sübuta, nə isə əlavə istintqa ehtiyacı yoxdur. Hər 3 şəxs məsuliyyətə cəlb olunub,barələrində həbs qəti imkan tədbiri seçilməli idi. Ancaq İmişli Rayon prokuroru Valeh Səmədov hesab edib ki, ata-balanı döymək olar, hətta doğrayıb sağlamlığına ağır zərbə vurmaq olar. Bu qərəzli mövqeyə görə cinayətkarlar məsuliyyətdən yayınıblar.
Füzuli Astanov ağır xəsarətlər alsa da müstəntiq ona Tibbi –Ekspertizadan keçmək üçün təliqə verməyib.
Nə səbəbə? Prokurorun, müstəntiqin özlərini cinayət törətmiş şəxslərin vəkili kimi aparmaqda məqsədləri nədir?
Anar Surxayzadə 10 gün İmişli Mərkəzi Xəstəxanasında yatıb. Vəziyyəti ağır olduğu üçün Bakıya gətirilərək əməliyyat olunub. 23 apreldən iyun ayının 4-nə kimi Bakıda müalicə alıb.
Füzuli Astanov hadisə ilə bağlı müxtəlif instansiyalara şikayət yazıb. DİN-nin Baş İstintaq və İdarəsindən ona ünvanlanan, 20.10.2019-cu il tarixli məktubda bildirilib ki, oğlunun bıçaqlanma faktına görə İmişli RPŞ-də başlanmış cinayət işi üzrə Umudvar Məmmədova CM-nin 126.1 maddəsi ilə ittiham olunduğu və 01 oktyabr,2019-cu il tarixdə ,cinayət əməlinin 29, 120.1-ci maddəsinə töfsif edilərək işin araşdırılması üçün İmişli Rayon Prokurorluğuna göndərilməsi qeyd olunub.
Maraqlı hadisə bundan sonra başlayıb. İmişli prokurorluğu əli bıçaqlı şəxsləri yox, məhz bıçaq yarası almış Anar Surxayzadəni həbs edir.
İmişli rayon prokurorluğunda 2019-cu ilin əvvəlində qətlə yetirilmiş Validə Məmmədovanın qətl hadisəsi ilə əlaqədar cinayət işi üzrə Anar Surxayzadə barasində CM-nin 307.3 maddəsi ilə cinayət təqibi həyata keçirir və həmin maddə ilə ona yekun ittiham elan edir.
23 noyabr, 2019-cu ildə Anar Surxayzadə barəsində həbs qəti imkan tədbiri seçilir.

Hazırda o Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılır.
Füzuli Astanov deyir ki, həmin iş üzrə adları çəkilən diğər şəxslər, o cümlədən zərərçəkmişlər də Anarın heş bir təqsirinin olmadığı barədə məlumatlıdırlar.
Prokuror Valeh Səmədov və müstəntiq bu fakt üzrə Anarın günahsız olduğunu anlayırlar ,ancaq şəxsi maraqlarına görə qərəzli mövqe ortaya qoyurlar.
Maraqlıdır, rayon prokurorunun olayla bağlı mə şəxsi mövqeyi ola bilər, niyə bıçaqlanan şəxs həbsdə, onu dğrayıb öldürmək istəyənlər azadlıqdadır?
Bütün bunlkara aydınlıq gətiurəcəyik, araşdırmamız davam edəcək. Qarşı tərəf, həmçinin prokuror Valeh Səmədov fikrini bildirə bilər.
Füzuli Astanov isə deyir ki, azadlıqda gəzən cinayətkarlar onu və ailəsini açıqca ölümlə təhdid edir. Buna görə prezident İlham Əliyev, baş prokurir Zakir Qaralovdan kömək istəyir.


Imişli Prokurorluğundan qəribə addım:bıçaqlanan gənc tutulub, bıçaqlayanlar azadlıqdadır-VİDEO
Imişli Prokurorluğundan qəribə addım:bıçaqlanan gənc tutulub, bıçaqlayanlar azadlıqdadır-VİDEO
Imişli Prokurorluğundan qəribə addım:bıçaqlanan gənc tutulub, bıçaqlayanlar azadlıqdadır-VİDEO


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR