Məni seçin ki, siz də seçiləsiniz

19-01-2020, 15:06 514 dəfə baxılıb

Məni seçin ki, siz də seçiləsiniz


114 saylı Şəki kənd birinci seçki dairəsindən deputatlığa namizəd Osman Abdukərim oğlu Məmmədovun seçki

Platforması

1970-ci il , aprel ayının 23-də Şəki rayonunun Baş Şabalıd kəndində anadan olmuşdur. 1987-ci ildə Baş Göynük kənd 1 saylı orta məktəbini bitirmişdir. 1988-1990-cı illərdə keçmiş sovet ordusunda hərbi xidmət keçmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra, 1990-cı ildə Azərbaycan

Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı (indiki Slavyan Universiteti) İnstituna daxil olmuş,1995-ci ildə həmin ali məktəbi müvəffəqiyyətlə bitirmişdir.

Tələbə ikən vətənpərvər bir gənc kimi Azərbaycanın dövlət müstəqilliyi uğrunda gedən mübarizəyə qatılmış, xalqımızın sovet imperiyasına qarşı həmrəylik mitinqlərində və onların təşkilində fəallığı ilə seçilmişdir.

O.Məmmədov 1991-1992-ci illərdə çağdaş Azərbaycan Gənçlər Təşkilatının özəklərinin yara-dılmasında və təşkilanmasında, o cümlədən sonrakı inkişaf mərhələlərində aktivlərdən olmuşdur. Onun idmanın bir neçə növü üzrə yüksək nəticələri vardır.

Yaradıcı şəxs olan Osman Məmmədov 1996-cı ildən mətbuatda müxtəlif vəzifələrdə işləmişdir. 2002-ci ildən Azərbaycan Təhsil Problemləri İnstutunun normativ sənədlər şöbəsində,sonralar isə “Spektr” ictimai-siyasi jurnalında çalışmışdır.

2005-ci ilin 8 avqustundan “Korrupsiya və Cəmiyyət” ictimai-siyasi jurnalında baş redaktor vəzifəsində çalışmışdır. Hazırda “Korrupsiya və Dövlətçilik” qəzetinin təsisçisidir. İki kitabın həmmüəllifidir.

O.Məmmədov som iki ildə Azərbaycandan Osmanlı Türkiyəsinə XIX əsrdə mühacirət etmiş soydaşlarımızın araşdırılması ilə məşğul olmuş və bir-birindən ayrı düşmüş qohumların arasında əlaqə yaratmağa müvəffəq olmuşdur. Hal-hazırda bu istiqamətdə fəaliyyətini davam etdirir.

Ailəlidir, iki övladı vardır.

Hörmətli seçicilər!

Dövlət hakimiyyətinin əsas qollarından biri olan və iqtisadi islahatların, eləcə də digər taleyüklü layihələrin həyata keçirilməsi üçün lazımi hüquqi baza yaradan qanunverici orqanın- Milli Məclisin əvəzsiz rolu vardır. Sizin etimadınızı qazanraq Milli Məclisə üzv seçilərəmsə, həm ümumrespublika xarakterli , həm də 114 saylı seçki dairəsinə daxil olan kəndlərin sosial problemlə-rinin həllinə diqqət yetirəcəyəm. Deputatlıq fəaliyyətimdə aşağıdakı əsas məsələlərin həllinə çalışacağam.

1.İqtisadi islahatların daha da dərinləşdirilməsinə hüquqi baza yaradan qanunların hazırlanıb qəbul edilməsinə səy göstərəcəyəm.

2.Milli Məclisin müzakirəsinə çıxarılan qanunların müzakirəsində fəal mövqeyimi bildirəcək, bu qanunların sosial yönümlü olması,əhalinin dövlət büdcəsi hesabına maliyələşdirilən kateqoriyasına daxil olan şəxslərin(təqaüdçülər,əlillər,təhsil,mədəniyyət və tibb işçiləri və s.), eləcə də

aztəminatlı ailələrin sosial müdafiəsinə ayrılan vəsaitlərin vaxtaşırı artırılması üçün səylərimi əsirgəməyəcəyəm.

3.Seçicilərimlə müntəzəm görüşlər keçirərək onların problemləri ilə ətraflı tanış olacaq, onlar bürokratik əngəllər və digər səbəblər üzündən dövlət və bələdiyyə orqanlarında həllinə nail ola bilmədikləri haqlı tələblərini deputat səlahiyyətlərim çərçivəsində əlaqədar təşkilatlar qarşısında qaldıraraq həll olunmasına çalışacağam.

4.Təmsil etdiyim kəndlərin əhalisinin su və qazla etibarlə təminatını diqqət mərkəzində saxlayaraq,müvafiq dövlət qurumlarının diqqətini bu sahəyə yönəldəcəyəm.

5.Kənd daxili yolların asfaltlaşdırılması məsələsini müvafiq icra nümayəndələri və bələdiyyələr vasitəsilə həllinə köməklik göstərməyə çalışacağam.

6.114 saylı seçki dairəsinə daxil olan kəndlərin Mədəniyyət evlərinin, kitabxanaların təmirini, ehtiyyac yaranarsa yenilərinin inşasının hökümət qarşısında qaldırılmasına çalışacağam.

7.İntelektual potensialı yüksək olan gənclərin yüksək səviyyədə ali təhsil almaları istiqamətində imkanlar daxilində köməklik göstərəcəm.

Hörmətli seçicilər! Mənə etimad göstərərək Milli Məclisə üzv seçsəniz, bu bölgənin yetirməsi olaraq sizlərin problemlərinizin həllinə yardım göstərməkdən şərəf duyacaq, bu platforma ilə üzərimə götürdüyüm öhdəliklərin yerinı yetirilməsi ilə kifayətlənərək deputat səlahiyyətlərinin

mənə verdiyi imkanlardan istifadə edərək mənim üçün doğma olanbütün kəndlərin sakinlərini narahat edən digər məsələlərin həllinə də maksimum dərəcədə səy göstərəcəyəm.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR