Eldar Mahmudov adamını deputat edir-FOTOLAR

20-01-2020, 22:27 948 dəfə baxılıb

Eldar Mahmudov adamını deputat edir-FOTOLAR


Çirkli pullarla Əsmər Əliyevaya mandat alırlar
46 saylı Şirvan şəhər seçki dairəsindən 4 saylı qeydiyyat vəsiqəsi almış daha bir sürpriz namizəd var. O, Bakı Dövlət Universitetinin Mülki proses və kommersya hüququ kafedrasının dosenti, Hüquq üzrə fəlsəfə doktoru Əsmər Əliyeva Əlimusa qızıdır.


Milli Təhlükəsizlik Nazirliyin Kadrlar Baş İdarəsinin keçmiş rəisi, general-mayor Əlimusa Əliyevi xatırlayırsınızmı? Eldar Mahmudovun kadrlarını MTN-ə yığan general.
Mədət Quliyev DTX-ya təyin olunanda Əlimusa Əliyev təhlükəsizlik orqanlarından qovulmuşdu.
MTN-çi general orda işlədiyi dövrdə xeyli sərvət sahibi olub, onun bir neçə rayonda istirahət məkanlarının sahibi olduğu təkzibedilməz faktlarla sübut edilib. O cümlədən Qaxın İlisu kəndindəki BERGS HOTEL AND RESTAURANT istirahət mərkəzinin də ona aid olduğu heç kimə sirr deyil.


Şirvandan 46 saylı seçki dairəsindən Milli Təhlükəsizlik Nazrliyinin kadrlar idarəsinin keçmiş rəisi general-mayor Əlimusa Əliyevin qızı Əsmər Əliyeva namizədliyini irəli sürüb. Əsmər Əliyeva özü Bakı Dövlət universitetində Hüquq fakültəsində Mülki proses və kommersiya hüququ kafedrasında mühüm postda çalışır.
General Əlmusa Əliyev, Eldar Mahmudovun yaxın adamı və onun "pulyığanı" olduğu üçün MTN hadisələri zamanı işdən qovulub. Lakin xalqdan yeyib taladıqları o qədərdir ki, hal hazırda generalın İsmayıl adlı oğlunun adına Qax və Qəbələdə istirahət məkanları və xeyli obyektləri var. Həmin obyektlərin çıxarışını rəsmi sənədlərini sizlərə təqdim edirik.
Eldar Mahmudov adamını deputat edir-FOTOLAR
Eldar Mahmudov adamını deputat edir-FOTOLAR
Eldar Mahmudov adamını deputat edir-FOTOLAR
Eldar Mahmudov adamını deputat edir-FOTOLAR


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR