Yasamal DYP qəza törətmiş sürücünü axtarmır ki, TŞKA görüntüsünə pul lazımdır -FOTOLAR

9-02-2020, 22:37 931 dəfə baxılıb

Yasamal DYP qəza törətmiş sürücünü axtarmır ki, TŞKA görüntüsünə pul lazımdır -FOTOLAR


Vilayət Eyvazov nazir kimi işə başlayan ilk gündən polisin reputasiyasının yaxşılaşdırılması, insanların hüquq-mühafizə orqanlarına münasibətinin dəyişməsi üçün ciddi layihələr həyata keçirməyə başladı. Bunun üçün o, ilk növbədə hamı tərəfindən birmənalı şəkildə rüşvət, korrupsiya mənbəyi kimi qəbul edilən bəzi qurumların yenidən qurulması, bəzilərinin isə tamamilə ləğv edilməsi barədə tədbirlər planı hazırladı.
Adları korrupsiyada hallanan bir çox əməkdaşlar işdən azad edildi. Və bu istiqamətdə yenə işlər görülür.
Lakin problemlər hələ qalır. Köhnə təfəkkürlə işləyən polis nəfərləri yenə öz bildiklərini edirlər.
Azerinfo.tv-yə məktub ünvanlayan, Yasamal Rayonu, Murtuza Muxtarov küçəsi
Dalan 4, ev 3 ünvanında yaşaya vətəndaş Hüseynov Həsən İslam oğlunun şikayəti bu qəbildəndir. Onun məktubunu olduğu kimi dərc edirik:

“Yazıb Sizə bildirirəm ki, 15 yanvar 2020-ci il tarixində Yasamal rayonu, Murtuza Muxtarov 133-də parklanmış vəziyyətdə mənə məxsus olan “Nissan Tiida”, 90-EG-859 dövlət nömrə nişanlı avtomobilimə, ardınca qonşumuz Zeynalov Fuad Elçin oğluna məxsus, hərəkətdə olan “Pejo 206”, 10-LJ-206 dövlət nişanlı avtomobilinə naməlum şəxs tərəfindən ziyan vurulub. Ziyan vuran “Lada Priora “avtomobilinin sahibi bizimlə məsələni həll etməyə çalışmışdı. Lakin mən onun narkotik vasitənin təsiri altında olduğundan şöbhələndiyimə görə dərhal 102 xidmətinə müraciət etdim və hadisə haqqında 102 xidmətinə şifahi izahat verdim. Hadisədən 45-60 dəqiqə keçsə də DYP əməkdaşları yaxınlaşmadı. Zərər vuran şəxs biləndə ki, mən 102 xidmətinə müraciət etmişəm maşından gödəkçə götürmək bəhanəsilə aralandı və avtomobilinə oturub hadisə yerindən qaçdı. Həmin dəqiqə mən 102 xidmətinə yenidən zəng edib iradımı bildirdim ki, hələ də Sizin əməkdaşlar hadisə yerinə gəlməyiblər və cinayətkar hadisə yerindən qaçıb. 102 xidmətindən məni Yasamal rayonu DYP xidmətinə istiqamətləndirdilər. Özünü Xalid Zeynalov kimi təqdim edən inspektor bizdən hadisənin yazılı izahatını aldı. Lakin vəzifəsinə və təlimata uyğun olmayan replika və qanuna zidd olan məsləhət verərək bizə bildirdi ki, mənim həvəsim yoxdur ki, kiminsə arxasınca gedib axtarışa verim. Onun üçün mənə vəsait ayrılmayıb. Mən gərək öz cibimdən 10 azn telefon pulu, 50 azn Bakı Şəhər yol polisinə TŞKA görüntüsünə görə ödəyim. İnspektor bildirdi ki, onsuz da biz o sürücüyə heç nə edə bilməyəcəyik, maksimum 100 azn cərimə yaza bilərik. Sözündən elə çıxdı ki, mənə hörmət edin. Və ya gəlin mən ziyan vuran şəxsin ünvanını verim Sizə, gedin evinə hədələyin və məcbur edin ki, dəyən ziyanı ödəsin.
Mən hər gün mən ziyan vuran şəxsi görürəm. O mənə bildirdi ki, öz aramızda məsələni çözsəydik Sizin işiniz bu qədər uzanmazdı. Mən onsuz da polisdə pulumu verib həll etdim. Lakin inspektor Zeynalovun köməkçisi bildirir ki, ziyan vuran şəxsi axtarışa vermişik o evdən köçüb və biz onu tapa bilmirik. Necə olur ki, eyni adamı mən həftənin beş günü yaşadığı ünvanın qarşısında görürəm amma polis tapa bilmir. Buradan sual yaranır. Onda bu polis nəyə lazımdı və nəyə görə əmək haqqı alır?
Sizdən xahiş edirəm ki, bu məsələnin həll olunmasında mənə kömək edəsiniz və Azərbaycan DYP-nin nüfuzuna ləkə gətirən bu inspektoru vəzifə borcunu yerinə yetirə bilməməsi üçünqanun çərçivəsində cəzalandırasınız.

Hörmətlə Hüseynov H.İ.
(050)326 87 01
Zeynalov F.E.
(055)744 60 09”

P.S. Qarşi tərəfin mövqeyini dərc edə bilərik.


Yasamal DYP qəza törətmiş sürücünü axtarmır ki, TŞKA görüntüsünə pul lazımdır -FOTOLAR
Yasamal DYP qəza törətmiş sürücünü axtarmır ki, TŞKA görüntüsünə pul lazımdır -FOTOLAR
Yasamal DYP qəza törətmiş sürücünü axtarmır ki, TŞKA görüntüsünə pul lazımdır -FOTOLAR
Yasamal DYP qəza törətmiş sürücünü axtarmır ki, TŞKA görüntüsünə pul lazımdır -FOTOLAR
Yasamal DYP qəza törətmiş sürücünü axtarmır ki, TŞKA görüntüsünə pul lazımdır -FOTOLAR


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR