Bərdədə icra başçısının inanılmaz işə gəlmə mərasimi

5-10-2015, 13:29 515 dəfə baxılıb

[u]Bərdədə icra başçısının inanılmaz işə gəlmə mərasimi

















Bütün icra nümayəndələri, bələdiyyə sədrləri və idarə müdirləri yol kənarında dayanaraq, Vidadi İsayevin pişvazına çıxmalıdırlar

Azərbaycanda bəzi məmurların formalaşdırdığı eybəcər mühit o qədər iyrənc şəkil alıb ki, artıq ölkədə kimin birinci, kimin axırıncı olduğunu müəyyənləşdirmək mümkün olmur. Redaksiyamız xəbər verir ki, əyalətlərin kiçik «padşahları» olan icra başçıları arasında elələri var ki, onlar özlərini hətta prezidentdən də üstün görürlər.
Bildirək ki, Bərdənin icra başçısı Vidadi İsayev əhali arasında özünə «Günəş» ləqəbi götürdüyünü və hamının ona belə müraciət etməsini istəyir. Bütün məclislərdə onun şəninə təriflər deyilməli, xoş sözlər ifadə olunmalı və bol-bol «uğurların»dan bəhs olunmalıdır. Hətta bir neçə dəfə bu təriflərin dozası necə çox olubsa, «Günəş»in özü çətin duruma dühüb. Yəni, olmayan işləri belə onun ayağına yazıblar.
Vidadi İsayevin bütün hərəkətləri onun daha çox dövlət bşçısı olduğu görüntüsünü yaratmağa hesablanıb. Ona görə ki, Bərdənin icra başçısı hər cəhətinə görə prezidentə oxşamaq yerinə, prezidentdən daha üstün görünməyə çalışır. Təkcə, İsayevin işə gedib-gəlmə mərasimi belə deməyə əsas verir ki, icra başçısı Bərdəni özü üçün ayrıca respublika olaraq görür.
Redaksiyamız xəbər verir ki, Vidadi İsayev işə gələn və ya gedən zaman yerli icra nümayəndələri, bələdiyyə sədrləri, bəzi idarə və müəssisə müdirlər iki qrupa bölünürlər. Birinci qrup Yevlax-Bərdə yolunun üzərinə çıxıb, əlində yaba, bel, su şlankı tutaraq, «Günəş»in keçməsinə tamaşa etməlidirlər.
İkinci qrup isə Tərtər-Bərdə yolunun üzərində analoji qaydada İsayevin keçməsini müşayət etməlidir. Və bu proses hər gün səhər saat 9-da baş verir. Və saat 11-ə qədər davam edir.
Redaksiyamıza danışan bəzi bərdəli məmurlar zarafatyana deyirlər ki, Vidadi İsayev hələlik onlardan yol kənarında durub, ona əl etmələrini istəyir. «Vay, o gündən ki, o özünü «Günəş» adlandırdığı kimi, sonda məmurları da özünə təzim etdirməsin. Çünki onda bu potensial var».


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR